Icma.az
close
up
RU
Kosmosdan heyranedici görüntülər: NASA nın Psyche zondu Marsın yanından belə keçdi

Kosmosdan heyranedici görüntülər: NASA nın Psyche zondu Marsın yanından belə keçdi

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

NASA-nın Jet Hərəkət Laboratoriyası (JPL) kosmos həvəskarlarını həyəcanlandıran növbəti muhteşəm kadrları təqdim edib. "Psyche" kosmik gəmisinin Marsın yanından ötüb keçərkən çəkdiyi minlərlə şəkildən hazırlanan taymlaps video, Qırmızı Planetin gözəlliyini bütün çılpaqlığı ilə gözlər önünə sərir. May ayı boyunca aparılan bu çəkilişlərdə zondu əvvəlcə Marsa yaxınlaşarkən, daha sonra isə ondan uzaqlaşarkən izləmək mümkündür.

Ən yaxınlaşma anı mayın 15-də baş tutub — bu zaman "Psyche" Marsın səthindən cəmi 4609 kilometr məsafədən keçib. Video kosmosun zülmət qaranlığında güclə seçilən kiçik bir Mars hilalı ilə başlayır. Zond yaxınlaşdıqca planet kadrda sürətlə böyüyür və nəhayət bütün ekranı tutur. Bu anlarda izləyiciyə Qırmızı Planetin özünəməxsus kərpic-qırmızı çalarını və kraterlərlə dolu relyefini misilsiz dəqiqliklə görmək imkanı yaradılır.

Lakin bu heyranedici görüntülərə baxmayaraq, Mars missiyanın əsas hədəfi deyil. Planetin yanından keçən aparat öz əsl təyinat nöqtəsinə — Mars və Yupiter arasında yerləşən əsas asteroid qurşağındakı metallarla zəngin "(16) Psixeya" asteroidinə doğru yoluna davam edir. Marsın yanından keçid mühəndislər və alimlər üçün missiyanın bəzi vacib sistemlərini sınaqdan keçirmək üçün əla fürsət olub. NASA rəsmiləri bildirirlər ki, bütün cihazlar dəqiq nəzərdə tutulduğu kimi işləyib və Mars haqqında mövcud biliklərimizə tam uyğun gələn, hətta bəzi yeni təfərrüatları üzə çıxaran qiymətli məlumatlar toplanıb.

Hazırda alimlər "Psyche"dən gələn kadrları Mars orbitindəki "Mars Reconnaissance Orbiter" aparatı, eləcə də "Curiosity" və "Perseverance" marsaeşənlərinin çəkdiyi şəkillərlə müqayisə edirlər. Bu, aparaturanın kameralarını əsas elmi missiyadan əvvəl maksimum dəqiqliklə kalibrləməyə kömək edəcək.

Bu ərəfədə "Psyche" (16) Psixeya asteroidinə doğru kosmik səyahətini sürətlə davam etdirir. Zondun 2029-cu ilin yayında hədəfə çatması gözlənilir. Marsın cazibə qüvvəsindən manevr kimi istifadə edən kosmik gəmi öz sürətini inanılmaz həddə — saatda təxminən 200 min kilometrə çatdırıb və indi Günəş sisteminin ən qeyri-adi obyektlərindən birinə doğru irəliləyir.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyul 2026 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri