Kosovo Futbol Federasiyası İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kosovo Futbol Federasiyası UEFA-nın Millətlər Liqası matçında yığmaya texniki məğlubiyyət verməsi ilə bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edəcək.
"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
"Biz qərarla razı deyilik. Futbolçularımız bu şəraitdə oynamaqdan imtina edərək böyük cəsarət və nümunəvi davranış göstərdilər", - deyə paylaşımda vurğulanıb.
Qeyd edək ki, Rumıniya - Kosovo matçının uzatma dəqiqələrində yerli azarkeşlər Serbiyaya dəstək şüarları səsləndiriblər. Bundan sonra qonaq komandanın oyunçuları meydanı tərk etdiyi üçün qarşılaşma yarımçıq dayandırılıb.
UEFA Kosovoya 0:3 hesablı texniki məğlubiyyət verildiyini ötən gün açıqlayıb.

Kosovo Futbol Federasiyası İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
21 Noyabr 2024 10:31
Azərbaycan Ermənistanı Arbitraj məhkəməsinə verdi
13 Fevral 2025 11:06
Azərbaycan Ermənistana qarşı Arbitraj Məhkəməsinə iddia sənədi təqdim etdi
20 Noyabr 2024 10:02
Azərbaycan Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsinə iddia sənədi təqdim edib
20 Noyabr 2024 09:56

