Kral ailəsinə bu yeməklərimiz verildi Menyu açıqlandı
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq hər il təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” baş tutub.
“Qafqazinfo” xəbər verir ki, Vindzor qəsrində qonaqların şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə Azərbaycan milli mətbəxinə məxsus ləziz təamlar təqdim olunub.
Dadlı yeməklər “Zugulba Mangal Steak House”un rəhbəri Namik Məmmədovun komandası tərəfindən hazırlanıb. Qonaqlar dolma, şah plov, kükü, təndir çörəyi, qara kürü, şəkərbura, paxlava, çay və s. təamların dadına valeh olublar.
Ziyafətə Böyük Britaniya Kralı III Çarlzın qardaşı şahzadə Edvard və həyat yoldaşı Sofi, Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, həmçinin digər mötəbər qonaqlar qatılıblar.
“Bu dəyərli görüş bizim üçün həm mədəniyyətimizin, həm də mətbəximizin təbliği baxımından əlamətdar bir hadisə oldu”, - “Zugulba Mangal Steak House”un instaqram hesabındakı paylaşımda deyilir.
Tədbirdən görüntüləri təqdim edirik:



Baxış sayı:76
Bu xəbər 20 May 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















