Icma.az
close
up
RU
Kral ailəsinin “lüks” dərsləri: Pul çox olsa da, problemlər azalmır

Kral ailəsinin “lüks” dərsləri: Pul çox olsa da, problemlər azalmır

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəzən elə bilirik ki, malikanələrdə, milyonluq villalarda, sərvət və şöhrət içində yaşayan insanların dərdi-səri olmaz. Amma Kral ailəsi ilə bağlı son xəbərlər bunun tam əksini göstərir.

İngiltərə mediasının yazdığına görə, Şahzadə Harri ilə Kral III Çarlz arasında danışıqlar başlayıb. Bu, illərdir davam edən gərginliyin yumşalacağına dair ümid yaradır.

Ata və oğulun köhnə şikayətləri arxada qoyacağı düşünülür. Amma vəziyyət Şahzadə Uilyamla daha qaranlıqdır. Ən böyük səbəb isə Harrinin 2023-cü ildə dərc olunan “The Spare” kitabıdır. Orada Harri toy ərəfəsində Keytlə Meqan arasında yaşanan gərginlikdən bəhs edib, Ketrinin göz yaşı tökməsinə eyham vurub, Uilyamla özünü daim “rəqabətdə” gördüyünü yazıb. İnsayderlərə görə, bu sözlər “dərin yara” qoyub. Uilyamın həyat yoldaşı Ketrin də barışıq yolunda ən böyük maneə kimi qalır.

Buradan çıxan nəticə sadədir. Pul, var-dövlət, status insani münasibətləri xilas etmir. Malikanələrdə yaşayan kral ailəsinin də problemləri var. Həm də bəzən daha mürəkkəb. Çünki onların ailə mübahisələri sadəcə şəxsi məsələ olaraq qalmır, bütün dünyanın gözü önündə yaşanır.

Kral olmaq və ya şahzadə adını daşımaq xoşbəxtliyin zəmanəti deyil, ən bahalı sarayda belə ailədaxili etimad sarsılarsa, rahatlıq tapmaq çətindir. Pul yalnız həyat şəraitini dəyişir, amma münasibətləri düzəltmir.

Kral ailəsindəki qalmaqallar bizə göstərir ki, insani dəyərlər, anlayış və bağışlama bacarığı heç bir sərvətlə əvəz olunmur. Villalar, bahalı maşınlar və titullar ailə münasibətlərindəki çatları gizlədə bilmir. Əsl xoşbəxtlik saray divarlarında deyil, ailə içində qurulan güvəndədir.

Leyla Mirzə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 27 Avqust 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri