Icma.az
close
up
RU
“Kralın çox xoşuna gəldi...” III Çarlzla görüşən azərbaycanlı rəssam

“Kralın çox xoşuna gəldi...” III Çarlzla görüşən azərbaycanlı rəssam

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, ötən həftə Böyük Britaniyada Kral ailəsinin üzvlərinin şərəfinə hər il ənənəvi olaraq təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” baş tutub.

Heydər Əliyev Fondunun dəstəyi, Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı ölkəmizi tədbirdə növbəti dəfə uğurla təmsil edib. Tədbir çərçivəsində, həmçinin tanınmış rəssam Elnur Mahmudovun əsəri Böyük Britaniya Kralı III Çarlza hədiyyə edilib.

“Qafqazinfo” Kral Çarlzla görüşən ilk azərbaycanlı rəssamla söhbətləşib, hazırladığı əsər, dünyanın ən böyük kral qəsrinə səfər və görüş təəssüratını öyrənib:

- Bu sizin “Vindzor Kral Atçılıq Şousu”nda ilk iştirakınız deyil. Daha əvvəl də ənənəvi tədbirə qatılmışdınız.

- Bəli, mən ikinci dəfədir bu tədbirə dəvət olunuram. Mənim əsərim “Vindzor Kral Atçılıq Şousu” çərçivəsində Kral III Çarlza təqdim olundu. Həmin əsərdə Kral ailəsinə məxsus olan simvollar: tac, qılınc, gerb kompozisiyası təsvir olunub.

- Bu əsərin seçilməsi öz təşəbbüsünüz idi?

- Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevlə məsləhətləşdik. Ən çox belə bir kompozisiyasının hazırlanmasının ideya müəllifi o özüdür. Kompozisiya üzərində təxminən 1 ilə yaxın iş getdi. Eskizləri hazırlandı, bəyənildi, təsdiq olundu. Və o eskizi maraqlı bir əsərə çevirə bildik.

Əsər sırf tarixi kompozisiyadır. Arxa fon Kral ailəsinin şəcərəsindən gələn simvolları - şiri, atı əks etdirir. Kral ailəsi üzvlərinin hamısının həmin gerb fonunda fotoları var. Arxa fonda onu verməyimin bir səbəbi var ki, bu, tarixdir, tarixə söykənir. Məhz təsvir edilən o tac Kral Çarlzın başında olan tacdır, o tacla taclanıb. Bu ailə həmişə mərkəzdə olub, belə desək, dünyanın mərkəzində olub. Şar Yer kürəsini, üzərindəki xaç xristianlığı simvolizə edir. Güc simvolu kimi çəlik, öndə isə qılınc təsvir olunub. Güc həmişə irəlidədir, ona görə onu ön planda göstərmişəm. Əsərin ölçüsü 1.30X1.10 sm idi. Kətan üzərində yağlı boya ilə çəkilib.

- Kralın reaksiyası necə oldu?

- Kral həzrətlərinin çox xoşuna gəldi, çox bəyəndi. Bu fotolarda da görünür ki, çox xoş qəbul elədi. 

- Bəs ötənilki görüşdə hansı rəsmi təqdim etmişdiniz?

- Keçən il sarı gümüş qabların natürmortu idi. O, klassik üslubda işlənsə də, ölçüdə sonuncudan kiçik idi. Standart kompozisiya idi. Həmin əsərdəki çay dəstgahı, palaz, toxunma süfrə bizə məxsusdur. O da Krala təqdim olunmuşdu.

- Həmin rəsmlər harada saxlanılır?

- Kral ailəsinin nümayəndələri bizə bildirdilər ki, həmin əsərlər “Vindzor” Kral sarayının fonduna yerləşdirilir. Müəyyən vaxtdan bir onların ekspozisiyası dəyişir və nümayiş olunur. Onların incəsənət əsərlərindən ibarət çox geniş bir kolleksiyası var.

- Azərbaycanda başqa da istedadlı rəssamlar var. Bəs niyə məhz siz seçildiniz?

- Bu, bir az “provokasiyalı” sualdır. Bundan əvvəl də dövlət layihələrində işlərim olub, bəyənilib. Yəqin ki, buna görə qəbul olunub. Bəlkə, tərzim klassikaya yaxındır, onunla bağlıdır. Çünki Kral ailəsi də klassik rəsmlərə çox üstünlük verir.

- Bilirik ki, sizin çəkdiyiniz rəsmlər dünyanın bir çox muzeylərində sərgilənib. İllər əvvəl futbol əfsanəsi Dieqo Maradona ilə görüşərək ona öz əsərinizi təqdim etmişdiniz. İstərdim bu barədə də danışasınız.

- Əslində, mənim yaradıcılığım klassik sənətə bağlanır. Amma dincələndə başqa yöndə də eksperimentlər edirəm. 2017-ci ildə İzmirdə bir simpoziumda olarkən orada Maradonanın həkimi də gəlmişdi. Mənim əsərimdən xoşu gəlmişdi və sifarişlə çəkib-çəkmədiyimi soruşdu. Mən Dieqo Maradonanın portretini çəkməyi öz öhdəmə götürdüm. İşləyib bitirəndən sonra dedilər ki, onu özünüz təqdim etməlisiniz. Mən Dubayda Maradona ilə görüşdüm, ona əsəri təqdim elədim. Çox böyük sevgi ilə qəbul elədi. Bu o dediyim fərqli təzdir, mənim ürəyimə yatan, həmişə işlədiyim tərz deyil.

- Bilirik ki, dünyanın bir çox ölkələrində fərdi sərgiləriniz olub, simpoziumlarda iştirak etmisiniz. Xatirinizdə ən yaddaqalan sərgi hansı olub?

- 2010-cu ildə Londonda sərgim olub. Daha sonra İstanbulda, Moskvada, çox şəhərdə sərgilərim keçirilib. Artıq qatılmıram, amma son illərə qədər hər il 2-3 simpoziuma dəvət alırdım. Avstriyada, İspaniyada və digər ölkələrdə rəsm simpoziumlarına dəvət almışam. Fransada Pyer Kardenin öz muzeyində sərgim olub. Şəxsən özü də, həyat yoldaşı da gəlmişdi. Çox böyük, möhtəşəm sərgi oldu. Ondan sonra “Luvr” qalereyasından təklif aldım.

- Ən dəyərli hesab etdiyiniz işləriniz hansılardır?

- “Sandıq üzərində yəhər” maraqlı əsərdir. Sandıq varımız, dövlətimiz, xəzinəmizdir. At isə muraddır. “Məkansız məkan” natürmortum var. Hər bir yaranan əsər informativ koddur. Əgər kompozisiya düşünülüb yaradılırsa, o, primitiv bir şey olar. Əsərlər intuitiv olmalıdır.

Əslində sənətim barəsində danışmağı çox sevmirəm. İşlədiyim, ərsəyə gətirdiyim əsərləri istəyirəm ki, tamaşaçı görsün, qiymətləndirsin. Çünki mən danışdığımı artıq kətan üzərində danışmışam.

Gülnar Əliyeva







Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 May 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri