Kralın dəfnindən iki gün sonra bacısı vəfat etdi
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Norveç Kral Sarayı Kral Haraldın böyük bacısı, Şahzadə Astridin 94 yaşında vəfat etdiyini açıqlayıb.
“Qafqazinfo”nun “Euronews”a istinadən məlumatına görə, Şahzadə Astrid Kral Haraldın dəfn mərasimindən iki gün sonra dünyasını dəyişib.
Şahzadə Astrid nənəsi, Tac Şahzadəsi Martanın vəfatından sonra 22 yaşında Norveçin birinci xanımı rolunu üzərinə götürüb. O, xüsusilə cəmiyyətin həssas təbəqələrinə qayğı göstərməsi ilə seçilib və bu vəzifəni uzun illər sədaqətlə yerinə yetirib.
Şahzadə Astrid sonuncu dəfə sentyabrın 9-da Kral Haraldın Oslo Katedralında keçirilən dəfn mərasimində ictimaiyyət qarşısına çıxıb. Mərasimdə xarici kral ailələrinin üzvləri və dünya liderləri də iştirak edib.
Norveç Kral Sarayı Astridin dəfn mərasimi günü saray eyvanındakı bayrağın yarıya endiriləcəyini açıqlayıb.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 13 Sentyabr 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















