Krasyuk ukraynalı boksçu ilə əməkdaşlığa son qoyduğunu açıqlayıb
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ağır çəkidə məğlubiyyətsiz dünya çempionu Aleksandr Usikin promouteri olan Aleksandr Krasyuk ukraynalı boksçu ilə əməkdaşlığa son qoyduğunu açıqlayıb. SİA xəbər verir ki, bu barədə 43 yaşlı ukraynalı sosial şəbəkədə məlumat verib.
“Bu, inanılmaz bir səyahət oldu – 12 il inanılmaz uğur. İki gənc xəyalpərəst oyunun qaydalarını dəyişdirmək üçün görüşdü. Mən 2013-cü ildə özümə söz verdim və buna əməl etdim.
O vaxt heç kim inanmırdı ki, planlaşdırdığımıza nail ola bilərik. Amma Allahın lütfü ilə mümkün olmayanı etdik.
Birlikdə əldə etdiklərimiz:
Sentyabr 2016 – WBO ağır çəkidə dünya çempionu;
Yanvar 2018 – WBO və WBC çempionu;
İyul 2018 – Mütləq Ağır çəki çempionu;
2021-ci ilin sentyabrı – WBO, WBA və IBF üzrə ağır çəkidə dünya çempionu;
May 2024 – Mütləq Ağır çəki çempionu.
Xəyal gerçəkləşdi!!!
Yaşadığımız hər şeyə və ikiqat şəksiz çempionun promouteri olmaq şərəfinə görə təşəkkür edirəm. Hər şey üçün Allaha şükürlər olsun”, – Krasyuk yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 23 İyun 2025 08:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















