“Kreativ Media Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırıldı
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi birgə təşkilatçılığı ilə “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində keçirilən “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.
“AzerGold”dan Redaktor.az-a verilən məlumata görə, müsabiqə çərçivəsində “Süni intellekt və etika: təhlükəsiz rəqəmsal cəmiyyət”, “Müxtəlif sənayelər üzrə etibarlı məlumatlandırmanın təmini: dağ-mədən sənayesi” və “Media savadlılığı sosial məsuliyyətlilik kontekstində” mövzuları üzrə hazırlanmış məqalələr dəyərləndirilib.
Mərasimdə çıxış edən Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova qeyd edib ki, media sahəsində çağdaş tələblərə cavab verən kadrların hazırlanması olduqca vacibdir. O qeyd edib ki, “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində keçirilən “Kreativ Media – Bakı” məzmun müsabiqəsi bu istiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdən biridir.
“AzerGold” QSC-nin müşaviri Leyla Sadıxova çıxışında müsabiqənin keçirilməsində əsas məqsədin media savadlılığının təşviqi, dezinformasiya ilə mübarizədə yeni yanaşmaların formalaşdırılması, eyni zamanda gənclər üçün peşəkarlaşma və ixtisaslaşma imkanlarının genişləndirilməsi olduğunu bildirib. O, müsabiqə mövzuları arasında dağ-mədən sənayesinə dair yazıların “AzerGold” üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Gənclərin bu sahənin mahiyyətini düzgün anlayaraq, analitik və peşəkar şəkildə təqdim etdiyi məqalələri yüksək qiymətləndirib.
Tədbir çərçivəsində, həmçinin Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Könül Niftəliyeva tərəfindən “Müasir yazı texnikaları və jurnalistika prinsiplərinin qorunması” mövzusunda təlim keçirilib.
Sonda müsabiqənin qalibləri mükafatlandırılıb və sertifikatlarla təltif olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 24 Dekabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















