Icma.az
close
up
RU
Uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırıldı Video

Uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırıldı Video

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsirov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin məsul şəxsləri, qazi mayor Süleyman Heydərov, müsabiqənin qalibləri seçilmiş uşaqlar, ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər.

Müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir.

“Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin seçilmiş işlərindən təşkil edilmiş sərgiyə baxış olub.

Sərgi ilə tanışlıqdan sonra mükafatların təqdimetmə mərasimi keçirilib.

Tədbirdə çıxış edən Kəmaləddin Heydərov Ulu Öndər Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” müdrik kəlamını yada salaraq, Ümummilli Liderin uşaqlara hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını xatırladıb.

Nazir vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu mütərəqqi dövlət uşaq siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə uşaqların təhlükəsiz və layiqli mühitdə böyüməsi, onların sağlamlığının təmin edilməsi, müasir biliklərə yiyələnməsi, Vətənə və dövlətə sədaqətli yüksək mənəvi keyfiyyətlərə malik vətəndaş kimi yetişmələri üçün zəruri tədbirlər həyata keçirilir.

Nazir, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara olan həssas münasibəti, onlara göstərdiyi yüksək qayğıkeşliyi, uşaqların hərtərəfli inkişafı, təhsili, təlim-tərbiyəsi ilə əlaqədar gördüyü böyük işlərin xalqımız tərəfindən minnətdarlıqla qarşılandığını vurğulayıb.

Sonra qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Tədbir məktəblilərin təqdimatında milli vətənpərvərlik ruhunda bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdikləri yaradıcılıq müsabiqəsinə oktyabr ayından start verilib. Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli və yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Təşkilat Komitəsinə rayon və şəhər müsabiqələrinin yekunları üzrə 439 rəsm, 49 plakat, 393 əl işi, 98 yanğın və qəza-xilasetmə texnikasının modeli və 78 yumşaq oyuncaq təqdim olunub. Müsabiqəyə təqdim olunmuş işlər Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəssamlar İttifaqı və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. 25 nəfər birinci, 25 nəfər ikinci, 58 nəfər üçüncü yerə, 80 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Dekabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri