Icma.az
close
up
RU
Müsabiqəsinin qalibləri mükafatlandırıldı FOTO

Müsabiqəsinin qalibləri mükafatlandırıldı FOTO

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dekabrın 23-də "Ədibin Evi" tərəfindən “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibətilə təşkil edilən “Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

“Ədibin Evi”ndə baş tutan tədbirdə "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunun İcraçı direktoru Şəfəq Mehrəliyeva açılış nitqi ilə çıxış edib. Şəfəq Mehrəliyeva bildirib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, müəllim, filologiya elmləri doktoru Mir Cəlal Paşayevin pedaqoji irsinə həsr olunmuş müsabiqənin əsas məqsədi müəllimlik üçün zəruri olan keyfiyyətlər – pedaqoji etika, empatiya və şəfqət duyğularının əhəmiyyətinin təbliği, müxtəliflik və inklüzivliyin, eləcə də peşəkar pedaqoji icma arasında tənqidi və yaradıcı düşüncə tərzinin təşviqi olub. 

Daha sonra Mir Cəlal Paşayevin “insanlıq fəlsəfəsi” ideyası barədə danışan “Ədibin Evi”nin həmtəsisçisi, Bakı Dövlət Universitetinin müəllimi, professor Təhsin Mütəllimov Mir Cəlal Paşayevin  elmi-pedaqoji məktəbinin fərqi barədə söz açıb. 


Xalq şairi Nəriman Həsənzadə də çıxış edərək müəllimi Mir Cəlal Paşayev haqda xatirələrini bölüşüb, müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

Münsiflər heyətinin rəyini ifadə edən Təhsil İnstitutunun böyük elmi məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Asif Hacıyev müsabiqəyə təqdim olunan esselərin Azərbaycanın geniş coğrafiyasını təmsil etdiyini qeyd edib. Əlavə edib ki, yazılarda həssas janr xətti ilə yanaşı, şagird-müəllim münasibətləri, müasir tədrisdə aktual məsələlər, həmçinin təhsildə beynəlxalq yanaşmaların təhlili də yer alıb.

Bildirilib ki, müsabiqəyə təqdim olunan 300-ə yaxın esse tanınmış təhsil mütəxəssislərindən ibarət münsif heyəti tərəfindən qiymətləndirilib.

Çıxışlardan sonra qaliblər mükafatlandırılıb.

Mükafatları ADA Universitetinin rektoru, "Ədibin Evi" Himayəçilik Şurasının üzvü Hafiz Paşayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Sarvan İbrahimov təqdim ediblər.


Mükafatlandırmadan sonra tədbirdə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev təbrik nitqi ilə çıxış edib. Nazir müəllim peşəsinin aliliyi haqda danışaraq əlavə edib ki, bu peşənin fəlsəfəsində insan yetişdirmək və insani dəyərlərin aşılanması dayanır. 


Çıxışının sonunda nazir bütün qalibləri təbrik edib.


Tədbir “Ədibin Evi”nin Himayəçilik Şurasının üzvü Hafiz Paşayevin yekun nitqi ilə başa çatıb. Hafiz Paşayev də öz növbəsində müsabiqənin məqsəd və məramı haqda danışaraq iştirak edən müəllimləri və qalibləri təbrik edib, onlara uğurlar arzu edib.


Sonda xatirə fotosu çəkdirilib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Dekabr 2024 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see205

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see166

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see161

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri