Kredit borcunun maaşdan tutulması ilə bağlı qayda açıqlandı
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Məhkəmə qərarı ilə kredit borcunun tutulması barədə icra sənədi təqdim edildikdə borclunun qarşısında borcun ödənilməsi ilə bağlı öhdəlik yaranır. İcra məmurunun borcun müəyyən müddət ərzində tam ödənilməsini tələb etdiyi hallarda isə borclunun maaşından hissə-hissə tutulmanın mümkün olub-olmaması sual doğurur.
Bəs məhkəmə qərarı ilə yaranan kredit borcu hansı qaydada və hansı müddətdə ödənilməlidir? Borclunun gəlirindən hissə-hissə tutulma hansı hallarda tətbiq oluna bilər?

Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, icra məmuru vətəndaşa 10 günlük müddət verir və bildirir ki, bu müddət ərzində borc könüllü şəkildə, yəni tam olaraq ödənilsin.
Onun sözlərinə görə, əgər vətəndaş həmin 10 gün ərzində borcun hamısını ödəyirsə, bu, könüllü icra hesab olunur və həmin halda vətəndaşdan əlavə icra haqqı tutulmur:
“Lakin vətəndaş 10 gün ərzində borcu tam şəkildə ödəyə bilmirsə, bu zaman artıq məcburi icra prosesi tətbiq oluna bilər. Borc vətəndaşın əməkhaqqından, pensiyasından və ya qanunvericilikdə nəzərdə tutulan digər gəlirlərindən hissə-hissə tutula bilər.
Bu proses üçün konkret olaraq “bir il ərzində mütləq başa çatmalıdır” və ya “iki il müddətinə qədər davam edə bilər” kimi vahid müddət nəzərdə tutulmur. Müddət borcun məbləğindən, şəxsin gəlirlərindən və hər ay ödənilən məbləğdən asılı olaraq dəyişir. Yəni borc tam bağlanana qədər bu proses bir il, iki il, üç il, hətta daha uzun müddət davam edə bilər.
Burada vətəndaş üçün əsas fərq ondan ibarətdir ki, borc könüllü şəkildə 10 gün ərzində tam ödənilmədikdə, artıq məcburi icra tədbirləri tətbiq olunur. Bu halda borcdan əlavə icra haqqı da tutulur. Yəni vətəndaş borcunu hissə-hissə ödədikcə, icra prosesinin həyata keçirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan əlavə ödəniş də yaranır.
Bu əlavə icra haqqının tətbiq edilməsinin səbəbi ondan ibarətdir ki, artıq borclu şəxs məhkəmə qərarı ilə müəyyən edilmiş öhdəliyi könüllü şəkildə yerinə yetirməyib və həmin qərarın məcburi qaydada həyata keçirilməsi zərurəti yaranıb.
İcra məmuru da məhkəmə qərarının icrasını təmin etmək üçün qanunla müəyyən edilmiş məcburi icra tədbirlərini həyata keçirir. Bu səbəbdən həmin proses çərçivəsində icra haqqının tutulması nəzərdə tutulur”, - deyə Əkrəm Həsənov fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:KREDİT BORCU MAAŞDAN VƏ PENSİYADAN TUTULA BİLƏR? Hüquqi məqamlar açıqlandı
01 Noyabr 2026 18:53
Gömrük borcunun ödənilməsi ilə bağlı yeni qayda
24 İyun 2025 11:58
Azərbaycanın raket atəşinə tutulması ilə bağlı əmrlər açıqlandı
13 Oktyabr 2025 19:53
Azərbaycanda maaşdan əvvəlki dövrdə kiçik məbləğli kredit axtarışı artır
30 İyul 2026 11:53
Kredit borcuna görə maaşdan nə qədər tutula bilər? Açıqlama
28 Avqust 2026 19:20
Baxış sayı:168
Bu xəbər 14 Sentyabr 2026 18:29 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları