Icma.az
close
up
RU
Kredit faizləri niyə yüksəlir? AÇIQLAMA

Kredit faizləri niyə yüksəlir? AÇIQLAMA

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

"Bank sektorunda ən çox müzakirə edilən məsələlərdən biri də kredit faizləri ilə bağlıdır. Son illər kredit faizlərinin aşağı düşəcəyi gözləntiləri olsa da əksinə kredit faizlərində artımlar qeydə alınmaqdadır. Monitorinqlər göstərir ki, banklarda, xüsusən də sistem əhəmiyyətli banklarda istehlak kreditlərinin faizlərində hiss edilən artımlar var. Kredit faizlərindəki artımı Mərkəzi Bankın rəsmi göstəriciləri də təsdiq edir".

"Unikal" xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov deyib.

"Mərkəzi Bankın məlumatına görə, banklar 2023-cü ilin yanvarına 19 milyard 594 milyon manat kredit portfeli ilə daxil olublar. O zaman Mərkəzi Bank ölkə üzrə orta kredit faizinin 12.27 faiz olduğunu açıqlayıb. 1 il sonra Mərkəzi Bank ölkə üzrə kredit portfelinin 23 milyard 182 milyon manat olduğunu, faiz dərəcəsinin isə cüzi olsa da artaraq 12.58 faizə çatdığını bəyan edib. Nəhayət, bu il yanvarın 1-ə olan məlumata görə, kredit portfeli 27 milyard 477 milyon manata çatsa da kredit faizləri də yüksələrək 13.19 faiz olub. Göründüyü kimi, son 2 ildə ölkə üzrə orta kredit faizi 12.27 faizdən 13.19 faizədək yüksəlib. Nəzərə almaq lazımdır ki, ölkə üzrə orta kredit faizlərinə ipoteka və real sektordakı digər güzəştli kreditlər üzrə faizlər təsir göstərir. Reallıqda isə, istehlak kreditləri üzrə faizlər ölkə üzrə orta faizdən xeyili yüksəkdir.

Kredit faizlərinin yüksəlməsi daha çox bankların cəlb etdiyi vəsaitlərin nisbətən bahalaşması ilə əlaqədardır. Son bir ildə system əhəmiyyətli banklarda depozit faizlərinin yüksəlməsi bankların bahalı vəsaitlər cəlb etməsinə səbəb olub. Bu eyni zamanda kredit faizlərinə də təsirsiz ötüşməyib. Kapital bazarındakı faiz dərəcələri də kredit faizlərinə təsir edən faktorlardandır.

Bu kontekstdən, Mərkəzi Bank tərəfindən kredit faizlərinin optimallaşdırılması ilə bağlı tədbirlər ilə yanaşı, bankların daha ucuz resurslara çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var. Çünki, kredit faizlərinin yüksəlməsi əhalinin daha bahalı borclanması ilə yanaşı, real sektorda da izafi xərcləri artırır", - deyə o bildirib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Fevral 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri