Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Kredit kartı almaq çətinləşir KONKRET

Kredit kartı almaq çətinləşir KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda kart bazarı böyüməyə davam etsə də, rəqəmlər daxilində diqqət çəkən ziddiyyət formalaşıb. Yanvarın sonunda banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı aylıq müqayisədə 176 min artaraq 22 milyon 156 minə çatıb. İllik artım 11 faizdir ki, bu da nağdsız ödənişlərin genişlənməsi və bank xidmətlərinə çıxışın artması fonunda gözlənilən dinamika kimi qiymətləndirilə bilər. Lakin ümumi artımın arxasında fərqli mənzərə var. Belə ki, debet kartları 13.3 faiz artdığı halda, kredit kartlarının sayı 7.6 faiz azalıb. Yəni bazar böyüyür, amma borclanma alətləri geri çəkilir.

Bəs görəsən kredit kartlarının azalmasının səbəbi nədir?

KONKRET.az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

“Məqsəd izafi borclanmanın qarşısını almaqdır”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, kredit kartlarının azalması əsasən onların verilmə şərtlərinin dəyişdirilməsi ilə bağlıdır: “Mərkəzi Bank tərəfindən kredit xətti üzrə yeni qaydalar hazırlanıb və bu qaydalara əsasən, vətəndaşın rəsmi gəliri ilə ona açılan kredit xətti arasında birbaşa əlaqə müəyyənləşdirilib. Məqsəd vətəndaşların izafi borclanmasının qarşısını almaq, kreditləşməni daha məsuliyyətli etməkdir. Bu addım borclanmanın nəzarətdə saxlanmasına və risklərin azaldılmasına xidmət edir. Bu proses həm də istehlak kreditləşməsinin zəifləməsi demək deyil. İstehlak kreditlərinə tələb hələ də qalır və kredit portfelində artım müşahidə olunur”

V.Bayramovun fikrincə, yenilik vətəndaşları izafi borclanmadan uzaqlaşdırır: “Əvvəlki dövrlərdə kredit kartları üzrə rəsmi gəlirlə açılan kredit xətti arasında tam mütənasiblik müşahidə olunmurdu. Nəticədə bəzi banklar və poçt qurumları tərəfindən yüksək məbləğli kredit xətləri təklif edilirdi və nəzarət mexanizmləri indiki qədər sərt deyildi. Bu isə bir sıra hallarda vətəndaşların artıq borclanmasına səbəb olurdu. Xüsusilə gəlirlə müqayisədə böyük limitlərin açılması sonradan ödəniş çətinlikləri yaradır, gecikmələr və əlavə maliyyə öhdəlikləri formalaşdırırdı. Yeni qaydaların tətbiqi kredit kartlarının sayına birbaşa təsir göstərib, çünki kredit kartı faktiki olaraq kredit xəttinin açılması deməkdir və hər bir yeni kart potensial borclanma imkanı yaradır. Kredit kartlarının azalması tələbin zəifləməsi deyil, bazarın optimallaşdırılması kimi qiymətləndirilir. İzafi borclanma uzunmüddətli perspektivdə maliyyə sabitliyi üçün risk faktoruna çevrilə bilərdi”.

“Kredit kartlarının sayında yenidən artım gözlənilir”

Millət vəkili bildirdi ki, bu dinamika kredit kartlarının növbəti dövrlərdə də azalacağı anlamına gəlmir: “Rəsmi gəliri olan və kredit kartı əldə etmək istəyən kifayət qədər vətəndaş mövcuddur və müraciət edən şəxslərə onların gəlirlərinə uyğun limit müəyyən edilir. Yəni bazarda tələbin tamamilə itməsi deyil, daha selektiv və ölçülmüş kreditləşmə modeli formalaşır. Yeni qaydalar tətbiq olunduqdan sonra bazar müəyyən müddət reaksiya verir, daha sonra isə yeni şərtlərə uyğunlaşaraq tarazlıq formalaşdırır. Adaptasiya mərhələsindən sonra kredit kartlarının sayında yenidən artımın mümkün olduğu istisna edilmir və bazarın daha dayanıqlı struktur üzərində inkişaf edəcəyi gözlənilir”.

“Geniş həcmdə kredit xətləri asanlıqla təqdim edilmir”

Bank eksperti Emin Kərimov isə qeyd etdi ki, kredit kartları müştərinin gəlirləri və xərcləri nəzərə alınmaqla təqdim olunur və bu proses bir neçə mərhələdən ibarətdir: “Kartın rəsmiləşdirilməsi üçün vətəndaş banka müraciət etməli, onun adına olan mövcud borclar, aylıq rəsmi gəlirlər, kredit öhdəlikləri və zaminlikləri qiymətləndirilməlidir. Yəni kredit kartı sadəcə ödəniş vasitəsi deyil, eyni zamanda kredit xəttidir və bu xəttin açılması üçün maliyyə göstəriciləri əsas meyar sayılır. Məsələn, şəxs 3 min manatlıq kredit limiti istəyirsə, lakin bankın hesablamalarına əsasən ona maksimum 1500 manat uyğun görülürsə, həmin şəxs digər banklara müraciət etdikdə də ümumi borclanma səviyyəsinə görə imtina ilə qarşılaşa bilər. Bu isə nəticə etibarilə kredit kartlarının ümumi sayına təsir göstərir. Çünki hər müraciət müsbət qərarla nəticələnmir və risk göstəriciləri yüksək olan şəxslərə limit açılmır. Bununla yanaşı, tənzimləyici qurumların qaydaları sərtləşdirməsi və borcalanların qiymətləndirilməsi meyarlarının daha da dəqiqləşdirilməsi bankların kredit siyasətinə təsir edir. Artıq əvvəlki dövrlərdə olduğu kimi geniş həcmdə – 3-5 min manatlıq kredit xətlərinin asanlıqla təqdim edilməsi mümkün deyil. Banklar riskləri azaltmaq üçün daha aşağı məbləğlərdə limitlər tətbiq edir və daha selektiv yanaşma sərgiləyir. Bu isə statistik olaraq kredit kartlarının sayında azalma ilə nəticələnə bilir”.

E.Kərimovun sözlərinə görə, debet kartların artması və kredit kartlarının azalması bütövlükdə bazarın gedişatı ilə tənzimlənir: “Bununla belə, kredit kartları vətəndaşlar üçün əlavə maliyyə vəsaiti kimi əhəmiyyətini qoruyur və istehlakın maliyyələşdirilməsində rol oynayır”.

“İstehlak kreditlərinə daha çox üstünlük verirlər”

Ekspertin fikrincə, istehlak kreditlərinin cəlbediciliyi də rəqəmlərə təsir edir: “Kredit kartlarına tələbin azalması müəyyən hallarda əhalinin borclanmadan yayınması ilə də əlaqələndirilir. Bəzi dövrlərdə vətəndaşlar istehlak kreditlərinə daha çox üstünlük verə bilirlər. Məsələn, müəyyən banklarda istehlak kreditləri 10 faizdən başlayaraq təklif olunduğu halda, kredit kartları üzrə faiz dərəcələri 22-30 faiz intervalında dəyişə bilir. Bu fərq seçimə təsir edir və kredit kartlarından istifadənin müvəqqəti azalmasına səbəb olur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Mart 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see553

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see398

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see368

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see314

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see305

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see297

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see275

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see271

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see270

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see247

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see247

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see246

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see228

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see224

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see224

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

04 Noyabr 2026 17:14see217

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see214

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see205

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see199

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri