Icma.az
close
up
RU
Krediti qaytarmayanların sayı artır: NİYƏ?

Krediti qaytarmayanların sayı artır: NİYƏ?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 527,4 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 3,8 % çoxdur. 

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 17,4 %, son 1 ildə isə 16,75 % artıb.İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib.

Bu nisbət mayın sonuna da 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il iyunun sonuna isə 1,7 % olub.Maraqlıdır, problemli kreditlərin məbləğinin artması nə ilə bağlıdır və burada istehlak kreditlərinin artmasının böyük rolu varmı?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, ümumilikdə vaxtı keçmiş kreditlərin artması problem kimi görülməməlidir:

“Çünki ümumilikdə bankların kredit portfeli böyüyüb. Ötən illə müqayisədə bu artım təmxminən 300 milyon manata yaxındır. Yəni kredit götürənlərin və kredit verənlərin sayında artım var.

Nəticədə kredit portfelinin böyüməsi, eyni zamanda problemli kreditlərin artımında müəyyən qədər yüksəlmələrə səbəb olub. Bəzi hallarda kiçik, ani istehlak kreditləri ilə bağlı çətinliklər yaranır.

Bu, çox böyük məbləğ olmasa da, təxminən 60 milyon manata yaxın vəsaitdir ki, gündəlik istehlak problemlərini həll etmək üçün bank olmayan kredit təşkilatları 50-300 manatlıq ani kreditlər təklif edirlər.

Bu kreditlərin geri qaytarılması mexanizmləri çətindir. Həmin kreditləri öhdəlik üzrə geri qaytarmayanlarla bağlı hüququ mübarizə aparmaq da çətindir. Nəzərə almaq lazımdır ki, hər bir borclunu hüquqi müstəvidə məhkəməyə verməklə krediti tələb etmək üçün dövlət rüsumu tələb olunur.

Kiçik məbləğlər olduğuna görə, Bank Olmayan Kredit Təşkilatları məhkəmələrə və yaxud hüquqi müstəvidə dava açmağa o qədər də maraqlı olmurlar. Bu kreditlərin geri qaytarılması çətinləşir. Söhbət kiçik məbləğlərdə gedir. 

Bəzi hüquqi mexanizmlər olsa da, bu mexanizmlər də  kreditin geri alınmasını o qədər də mümkün etmir. Məsələn, krediti qaytarmayan 100 manatlıq kredit borcu olan vətəndaşın adı “qara siyahı”ya düşür və sonrakı mərhələdə kredit görürə bilmir. Lakin bu da kreditin geri alınması demək deyil.

Bu da problemli kreditlər portfelində müəyyən qədər yer tutan bir məbləğdir. Ancaq bütövlükdə ciddi bir problem deyil. Yəni 3,8 faiz böyümə ümumi kredit portfelinin böyüməsi ilə müqayisədə o qədər də böyük vəsait kimi təqdim edilməməlidir”.

Ekspertin sözlərinə görə, kredit götürənlərin sayının artması sosial vəziyyətin ağırlığı ilə bağlıdır və narahatlıq doğuran bir rəqəmdir:

“Çünki Azərbaycanda kredit faizləri də yüksəkdir. Görünən odur ki, vətəndaşlar sosial vəziyyəti ağırlaşdıqca alternativ gəlir olmadığına və gəlirlər mövcud bazar istehlak qiymətləri ilə uyğunlaşmadığına görə, real inflyasiya səviyyəsinin yüksək olması, nəticədə vətəndaşların kredit müraciətlərini artırıb. Bu, birbaşa olaraq əhalinin sosial vəziyyətinin ağırlaşmasının göstəricidir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Kretid Razi Abbasbəyli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:269
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyul 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri