Kreml: Bəşər Əsəd və ailəsinə sığınacaq verilməsi qərarını Putin qəbul edib
Icma.az bildirir, Pravda.az portalına istinadən.
"Bəşər Əsəd və ailəsinə sığınacaq verilməsi qərarını Rusiya prezidenti Vladimir Putin verib".
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin sözçüsü Əsəd və ailəsinin harada olması barədə təfərrüatların açıqlanmadığını söyləyib.
Peskov onu da bildirib ki, Putinin rəsmi qrafikində Əsədlə görüş yoxdur.
O, Putinin Suriyanın keçmiş prezidenti Bəşər Əsədi sonuncu dəfə nə vaxt görüb onunla əlaqə saxladığını deməyib.
APA

Kreml: Bəşər Əsəd və ailəsinə sığınacaq verilməsi qərarını Putin qəbul edib
09 Dekabr 2024 13:43

