Kreml Britaniya və Aİ nin kiberhücumlarla bağlı iddialarını rədd edir
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Rəsmi Moskva Böyük Britaniya və Avropa İttifaqının kiberhücumlarla bağlı iddialarını rədd edir.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
"Biz bütün bu ittihamları rədd edirik. Bilirsiniz ki, Rusiya illərdir heç bir əlaqəsi olmayan şeylərdə ittiham olunur. Bu ittihamlar həmişə əsassızdır. Onlar heç vaxt təsdiqlənmir və biz heç bir dəlil eşitmirik. Sanksiyalara gəldikdə isə, biz onları ənənəvi olaraq qanunsuz hesab edirik. Ölkəmizə qarşı tətbiq edilən on minlərlə sanksiyaya uyğunlaşmışıq. Bu sanksiyalardan yayınmağı, bu sanksiyaların mənfi təsirini minimuma endirməyi öyrənmişik. Biz bunu etməyə davam edəcəyik", - Rusiya Prezidentinin sözçüsü vurğulayıb.
Qeyd edək ki, iyulun 13-də Böyük Britaniya və Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar elan ediblər. Onlar Rusiyanı ötən il Avropada xaos və nifaq salmaq məqsədi daşıyan kiberhücumlar təşkil etməkdə ittiham edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 14 İyul 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















