“Kreml danışıqları pozmaq məqsədilə Ukrayna ordusunu Kursk vilayətində hərbi cinayətdə suçlayacaq” ISW
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kreml son günlərdə Ukrayna Silahlı Qüvvələrini nüfuzdan salmaq, Qərbin Ukraynaya dəstəyini zəiflətmək və ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə təklif etdiyi 30 günlük atəşkəs danışıqlarını pozmaq və ya uzatmaq cəhd etmək məqsədilə Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətində hərbi cinayətlər törətməkdə suçlayacaq.
“Report” xəbər verir ki, bu qənaətə Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri gəlib.
Ekspertlər qeyd edib ki, Putin, habelə Rusiya dövlət mediası və təbliğatçıları 2025-ci ilin fevral ayının sonundan etibarən Ukrayna hərbçilərini Kursk vilayətində dinc sakinlərin edam edilməsi və “terrorçuluq” da daxil olmaqla hərbi cinayətlər törətməkdə daha sürəkli ittiham etməyə başlayıblar.
ISW-nin icmalında Putinin bu narrativdən Ukraynada atəşkəsdən imtina etmək və döyüş meydanında Ukrayna hərbçiləri ilə qəddar rəftarı əsaslandırmaq üçün istifadə etmək niyyətində olduğu ehtimal edilir. Təhlilçilər 2024-cü ildə və 2025-ci ilin əvvəlində döyüş meydanında Ukrayna hərbi əsirlərinin edam edilməsi hallarının artdığını, ehtimal ki, Rusiya hərbi komandanlığının əmri ilə baş verdiyini xatırladırlar. Həmçinin martın 13-də Suca şəhəri yaxınlığında Rusiya qoşunları tərəfindən Ukrayna hərbi əsirlərinin edam edilməsi barədə məlumatlar var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 16 Mart 2025 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















