Icma.az
close
up
RU
Kreml indi Paşinyana “tək seçim” şansı tanıyır: İrəvan Qərbdən imtina edib, Rusiyanın orbitinə qayıtmasa…

Kreml indi Paşinyana “tək seçim” şansı tanıyır: İrəvan Qərbdən imtina edib, Rusiyanın orbitinə qayıtmasa…

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rəsmi İrəvanın hələ də Ermənistanın sadəcə, Rusiyanın orbitində olan bir ölkə kimi qalmasına Qərbdə alternativ axtarışlarını israrla davam etdirməsi Kremldə olduqca ciddi qıcıq doğurur... İndi Ermənistanın gələcək taleyi məhz Paşinyan hakimiyyətinin təhlükəsizlik zəmanətinə və iqtisadi dayanıqlılığa necə nail olacağından və ölkədaxili siyasi sabitliyin qorunub saxlanılmasından asılıdır...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Rusiya Cənubi Qafqazda itirilmiş geopolitik mövqelərinin yenidən bərpasına can atır. Kreml xüsusilə də, Ermənistan Qərbə inteqrasiya siyasətindən və Rusiyadan uzaqlaşma cəhdlərindən ciddi şəkildə narazıdır. Bu baxımdan, Rusiya və Ermənistan arasındakı siyasi-diplomatik gərginlik fonunda, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun planlaşdırılan İrəvan səfəri önəmli geosiyasi hadisə hesab oluna bilər. S.Lavrovun səfərinin tarixi hələ məlum olmasa da, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Ermənistanın Avropa Birliyinə üzvlük cəhdlərindən narahat olduqlarını bildirməklə, İrəvanda müzakirə ediləcək əsas mövzunu dolayısı ilə gündəmə gətirib.

Onu da qeyd etmək lazımdır ki, Kreml təmsilçisi rəsmi İrəvanın Avropa Birliyinə yönəlməsinin Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı üzvlüyü ilə uzlaşmadığını və bu ölkənin iqtisadi inkişafını təhlükəyə ata biləcəyini də vurğulayıb. A.Qruşko hesab edir ki, Ermənistanın Qərbin geosiyasi oyunlarına cəlb edilməklə, Rusiya və digər "təbii müttəfiqlər"dən uzaqlaşdırılmasına cəhd göstərilməsi Kremldə narahatlıq doğurur. Və bütün bunlar əslində, Kremlin dolayısı ilə Ermənistanı təhdid etməsi anlamına da gəlir.

Təbii ki, Kremlin rəsmi İrəvanı açıq təhdidlərlə hədəfə alması Ermənistan üçün prinsipial geopolitik seçimin qaçılmaz ola biləcəyini də biruzə verir. Üstəlik, hazırda baş verənlər, xüsusilə də, Rusiya-Ermənistan gərginliyi Cənubi Qafqazda yeni geopolitik reallıqların formalaşmaqda olduğunu da göstərir. Hər halda, Rusiya rəsmilərinin Ermənistan yönəlik sərt açıqlamaları bu iki ölkə arasındakı münasibətlərin müttəfiqlik çərçivəsində deyil, daha çox Kremlin təzyiqləri və rəsmi İrəvanın ehtiyatlı diplomatiya məcburiyyəti müstəvisində inkişaf etdiyini təsdiqləyir.

Maraqlıdır ki, Rusiya Ermənistana qarşı çoxistiqamətli təzyiq alətlərinə malikdir. Bunların sırasında ilk növbədə iqtisadi təzyiqlər mexanizmləri yer alır. Belə ki, enerji daşıyıcılarının qiymətlərinin artırılması, Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində ticarət güzəştlərinin məhdudlaşdırılması, miqrasiya siyasətinin sərtləşdirilməsi kimi addımlar Ermənistan iqtisadiyyatı üçün ciddi sarsıntılar yarada bilər.

Kremlin siyasi və informasiya sahəsində də təzyiqlər köstərmək imkanları mövcuddur. Rusiya Ermənistan daxilindəki Kremlin nəzarərində olan siyasi qüvvələri gücləndirə, ictimai rəyi formalaşdırmaq üçün media vasitələrindən istifadə edə bilər. Eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistanın təhlükəsizlik ehtiyaclarına cavab verməkdən yayınmaqla, onun müdafiə sisteminin zəiflədilməsi də mümkündür.

Paşinyan hakimiyyətinin Avropa Birliyinə inteqrasiya kursu fonunda əsas sual odur ki, Qərb Ermənistanı Rusiya ilə qarşıdurmada hansı səviyyədə müdafiə edə bilər? Mövcud vəziyyətdə bu müdafiə daha çox siyasi və iqtisadi dəstək formatındadır. Hazırda Avropa Birliyi və bəzi Qərb ölkələri Ermənistana yardım paketləri, investisiya imkanları və təhlükəsizlik sahəsində məhdud dəstək təqdim edirlər.

Ancaq Ermənistan NATO üzvü olmadığından, kollektiv müdafiə zəmanətləri mövcud deyil. Bu isə onun Rusiya ilə açıq hərbi qarşıdurma şəraitində Qərbdən praktiki hərbi müdaxilə gözləməsinin qeyri-real olduğunu göstərir. Buna baxmayaraq, Fransa kimi ölkələr Ermənistanın müdafiəsini simvolik səviyyədə də olsa, gündəmdə saxlayır və silah tədarükü də daxil olmaqla, müəyyən addımlar atır.

Ermənistanın baş naziri Nikol Paşinyan, görünür ki, Rusiya ilə tam qarşıdurmadan yayınaraq, daha çox balanslaşdırılmış və çoxvektorlu siyasət yürütməyə çalışır. Bu isə bəzən Rusiya ilə münasibətlərdə güzəştlərə getmək və kompromislərə yaxın mövqe tutmaq məcburiyyəti də yaradır. Kreml ilə gərginliyin pik həddə çatdığı məqamlarda belə, Paşinyan hakimiyyəti nə KTMT-dən çıxışmağa, nə də Rusiyanın Gümrüdəki hərbi bazasının fəaliyyətinə son verməyə cəsarət etmədi. Bu, onun geri çəkildiyi anlamına gəlməsə də, hər halda, Ermənistanın tamamilə Qərbə yönəlməsi üçün real təhlükəsizlik və iqtisadi zəmanətlərin olmadığını da göstərir.

Eyni zamanda, Ermənistanda ölkədaxili ictimai rəy də artıq parçalanmış vəziyyətdədir. Bir tərəfdə Qərblə inteqrasiyanı dəstəkləyən şəhərli və gənc təbəqə, digər tərəfdə isə Rusiya ilə münasibətlərin pozulmasından narahat olan daha konservativ qruplaşmalar mövcuddur. Bu səbəbdən də, Paşinyan hakimiyyəti üçün həm daxili, həm də xarici siyasətdə radikal qərarlar olduqca risklidir.

Ancaq rəsmi İrəvan hazırda Ermənistanın sadəcə, Rusiyanın orbitində olan bir ölkə kimi qalmasını istəmir. Paşinyan hakimiyyətinin bu mövqeyi isə Kremldə ciddi qıcıq doğurur. Rəsmi İrəvan siyasi-ideoloji keçidi tədricən və ehtiyatlı şəkildə etməyə çalışsa da, Ermənistanın qarşısında ciddi təhlükələr və risklər də mövcuddur. Elə Qərb ölkələri də əslində, Ermənistanın Rusiya ilə açıq qarşıdurmaya girməməsinə üstünlük verirlər. Və bu səbəbdən də Ermənistana real dəstək hələlik əsasən siyasi və iqtisadi müstəvidən kənara çıxarılmır.

Bütün bunları nəzərə aldıqda, Ermənistanın gələcək taleyi məhz rəsmi İrəvanın təhlükəsizlik zəmanətlərinə və iqtisadi dayanıqlılığa necə nail olacağından asılıdır. Eyni zamanda, ölkədaxili siyasi sabitliyin qorunub saxlanılması da Ermənistanın gələcək taleyini müəyyən edə biləcək faktorların sırasına daxildir. Çünki Rusiya ilə münasibətlərdə artıq “köhnə müttəfiqlik modeli” deyil, soyuq diplomatik realizm dövrü ön planda yer alır. Və bu baxımdan, Paşinyan hakimiyyətinin yaxın vaxtlarda verməli olacağı prinsipial siyasi qərarlar, eləcə də Kremlin cavab reaksiyasi Ermənistanın Cənubi Qafqazda mövcudluğu ilə bağlı bir çox suallara aydınlıq gətirə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 May 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri