Icma.az
close
up
RU
Kreml ölkədəki “xarici qüvvələri” niyə elan etdi: Rusiyanın məkrli Qafqaz planları bumeranq effekti verir

Kreml ölkədəki “xarici qüvvələri” niyə elan etdi: Rusiyanın məkrli Qafqaz planları bumeranq effekti verir

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kremlin uydurma “iddialar”ına indi yalnız sadəlövhlər inana bilərlər, Rusiya Azərbaycan da daxil olmaqla, bütün müstəqil postsovet ölkələrinə qarşı neoimperialist planlarından imtina etməlidirlər... Əks halda, hazırda yalnız Belarusla “normal münasibətləri” olan Rusiya tezliklə dünyadan təcrud olunaraq, tamamilə təklənmiş dövlətə çevrilə, Kreml “etibarsız və təhlükəli tərəfdaş” statusunu daha da möhkəmləndirə bilər...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Rusiya Cənubi Qafqaza geri dönməyə can atır. Ona görə də, Kreml hazırda bu regiona aid dövlətlərə qarşı təzyiq mexanizmlərini işə salıb. Bütün təzyiq potensialı ilə “hücuma” keçən Rusiya region dövlətlərinə özünün geopolitik maraqlarını diqtə etməyə çalışır. Üstəlik, Kreml bu təzyiq kampaniyasını ən qəddar metodlar üzərindən reallaşdırmağa cəhd göstərir. Və ona görə də, hazırda Rusiya Cənubi Qafqaz dövlətlərinin qətiyyətli müqaviməti ilə üzləşmiş durumdadır.

Onu da qeyd etmək lazımdır ki, Kremlin indi əsas təzyiq ssenariləri məhz Azərbaycana qarşı yönəldilib. Artıq uzun müddətdən bəridir ki, Rusiya və Azərbaycanın münasibətlərində ciddi ziddiyyətlər yaşanmaqdaydı. Ancaq Kremlin Rusiyada yaşayan Azərbaycanlılara qarşı zorakı metodlarla təqib prosesinə başlaması Azərbaycan-Rusiya münasibətlərində ciddi siyasi-diplomatik böhran yaradıb. Və üstəlik, bu siyasi-diplomatik böhran hər ötən gün daha da dətinləşməkdə davam edir.

Məsələ ondadır ki, Kreml milli zəmində törətdiyi zorakılığa görə üzr istəmək niyyətində olmadığını qabardır. Eyni zamanda, Rusiya hüquq-mühafizə orqanlarının heç bir hüquqa sığmayan qəddarlığı davamlı xarakter daşıyır. Rəsmi Bakının Rusiyada yaşayan Azərbaycanlılara qarşı zorakılığa sərt reaksiyası isə Kremldə həm ciddi narahatlıq, həm də qıcıq doğurur. Və beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edən Rusiya bu situasiyadan çıxış yolları da axtarmağa başlayıb.

Maraqlıdır ki, Kreml yenə də neoimperialist ənənələrinə sadiq qalmağa çalışır. Rusiya hüquq-mühafizə qurumlarının törətdiyi zorakılığa görə günahkarları kənarda axtarmağa çalışır. Rəsmi Bakıya qarşı ittihamlar irəli sürülür ki, guya Azərbaycanın Rusiyada baş verən hadisələrə reaksiya verməsi guya bu ölkənin daxili işlərinə qarışmaq deməkdir. Halbuki, Kremldə anlamalıdırlar ki, hər hansı ölkənin daxilində dövlət qurumlarının milli-etnik zəmində törətdiyi zorakılıq qətiyyən “daxili iş” kateqoriyasına daxil deyil. Və belə zorakılıqlara qarşı sərt reaksiya tamamilə normal yanaşmadır.

Digər tərəfdən, Kreml üzr istəmək əvəzinə yenə də “xarici düşmənlər” tezisini gündəmə gətirməyə başlayıb. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatında Azərbaycanla qarşıdurmanın kənar dövlətlərin maraqlarına uyğun olduğu vurğulanır. Kreml bu bəyanatla bəzi xarici qüvvələrin Cənubi Qafqazda situasiyanı gərginləşdirməyə, xüsusilə də, Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışdığını iddia edir. Və bu iddialrın nə qədər absurd, həm də məntiqsiz olduğunu yəqin ki, Kremldə də çox yaxşı bilirlər.

Məsələ ondadır ki, hazırda Cənubi Qafqazda əsasən Rusiya geopolitik gərginlik və hərbi münaqişə törətməkdə birbaşa maraqlıdır. Üstəlik, Kreml bu istiqamətdə artıq müəyyən məkrli ssenarilər üzrə müxtəlif variantları da işə salmağa başlayıb. Kremlin Azərbaycana qarşı təzyiq kampaniyası da əslində, həmin ssenarilərin tərkib hissəsidir. Və bu baxımdan, Cənubi Qafqazda baş verənlərə görə Rusiyanın hansısa “xarici qüvvələrə” işarə etməsi tamamilə məntiqsiz görünür.

Digər tərəfdən, Kremlin Azərbaycan və Rusiya arasında yaranmış siyasi-diplomatik gərginliyin səbəblərini də “xarici qüvvələr”in fəaliyyətində axtarması olduqca yersiz iddiadır. Çünki Kreml bu məsələdə haqlı olduğunu sübut etmək üçün bəzi cavabsız suallara da aydınlıq gətirməlidir. Birincisi, Azərbaycan və Rusiya arasında siyasi-diplomatik böhranın yaranmasında AZAL-ın sərnişin təyyarəsinin Rusiya səmasında vurulması əsas səbəblərin sırasında yer alır. Və Kreml bununla bağlı izahat verməlidir.

Belə ki, Kreml Azərbaycanın sərnişin təyyarəsini  Rusiya səmasında hansı “xarici qüvvə”nin vurduğunu faktlarla sübut etməlidir. Çünki artıq hər kəsə bəllidir ki, sərnişin təyyarəsi məhz Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub. Halbuki sərnişin təyyarəsi Rusiya üçün heç bir hərbi təhlükə törətməyib. Və bu baxımdan, törədilmiş hərbi cinayətə görə hələ də Azərbaycandan üzr istəməyən Rusiyanın “xarici qüvvə” tezisi cəgəngiyyatdan başqa bir şey deyil.

Belə anlaşılır ki, əslində, Kreml Azərbaycanın sərnişin təyyarəsini vuran Rusiya hərbi strukturlarını dolayısı ilə “xarici qüvvə” elan etmiş olur. Eyni zamanda, Rusiyada yaşayan Azərbaycanlılara qarşı da törədilmiş milli-etnik zəmində zorakılıqda iki ölkənin münasibətlərinə sarsıdıcı zərbələr vurub. Həmin zorakılıqları isə Rusiya hüquq-mühafizə orqanları törədib. Və belə olan təqdirdə Kreml Rusiya hüquq-mühafizə orqanlarını da “xarici qüvvə” elan etmiş olur. Və bu, o deməkdir ki, Rusiya Azərbaycana qarşı yolverilməz addımlar atır, günahi isə hansısa naməlum “xarici qüvvələr”in üzərinə yükləməyə çalışır.

Ancaq Kremlin bu uydurma iddialarına və yalan tezislərinə yalnız sadəlövhlər inana bilər. Ona görə də, Rusiya siyasi dairələri qonşu dövlətlərlə normal münasibətlər qurmaq niyyətindədirlərsə, onda ilk növbədə neoimperialist mövqedən imtina etməlidirlər. Azərbaycan da daxil olmaqla, bütün müstəqil postsovet ölkələri ilə normal bərabərhüquqlu münasibətlər qurmağa çalışmalıdırlar. Əks halda, hazırda yalnız Belarusla “normal münasibətləri” olan Rusiya tamamilə dünyadan təcrud olunaraq, təklənmiş dövlətə çevrilə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 İyul 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see158

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see136

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see133

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri