Kreml Paşinyanın Rusiya ilə əlaqələri bərpa etmək barədə göstərişinə dair məlumatlara münasibət bildirib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Kreml Ermənistan mətbuatının Baş nazir Nikol Paşinyanın dövlət qurumlarına Rusiya ilə əlaqələri bərpa etmək və birgə tədbirlərdə iştirak etmək tapşırığı verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov əslində Rusiya ilə Ermənistan arasında münasibətlərin kəsilmədiyini söyləyib.
"Münasibətlər kəsilə bilməz, Ermənistan bizim üçün dost ölkədir. Ermənistan suveren ölkədir, ancaq bizi həm ikitərəfli münasibətlər, həm tarixi və mədəni, həm də Avrasiya İqtisadi Birliyi kimi mühüm inteqrasiya birliyində birgə iştirak baxımından çox şey birləşdirir. Ermənistan tərəfinin ikitərəfli münasibətlərimizin perspektivlərinə belə qarşılıqlı münasibəti bizi daha çox qane edir. Biz isə münasibətləri inkişaf etdirməyə hazırıq”, - deyə Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb.
Baxış sayı:134
Bu xəbər 21 Mart 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















