Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Qafqazda Qərbin estafetini İrəvan götürür?..

Qafqazda Qərbin estafetini İrəvan götürür?..

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən həftə deyildi ki, Ermənistan özünün avro-kursu üçün qanunvericilik bazası hazırlamaqdadır: həftə sonu hökumət hazırladığı qanun layihəsini baxılmaq və qəbul olunmaq üçün parlamentə göndərdi və ardınca baş nazir N.Paşinyan ərz etdi ki, bu siyasətə konstitusion məzmun vermək üçün xüsusi referenduma ehtiyac olacaq, çünki digər post-sovet ölklərində də avro-inteqrasiya kursu ölkənin konstitusiyasında əksini tapıb və buradan belə nəticə hasil etmək olar ki¸ Aİ bu dəfə də Ermənistanın "barmağına nişan üzüyü taxmağa” tələsir! 

Amma İrəvan bu yükü çəkə biləcəkmi? Axı Avropaya inteqrasiya olunmağa başlamaq hələ KTMT-nin iclaslarını iqnorə etmək qədər asan bir iş deyil! 

Hazırda siyasi müşahidəçilər avropayönümlü post-sovet ölkələrində çox mürəkkəb proseslərinin getdiyinin fərqindədirlər. 

Kiyev üç ildir ki, Moskva ilə müharibə aparır və sirr deyil ki, bunun da ən əsas səbəbi Ukraynanın ciddi şəkildə Avropa institutlarına istiqamət götürməsidir. 

Nisbətən ehtiyatlı avro-inteqrasiya kursu aparan Kişinyovun belə Moskva ilə münasibətləri xeyli gərgindir, xüsusən də qərbçi Maya Sandu təkrar prezident seçiləndən sonra: görünür, Kremldə güman edirlərmiş ki, moldovanlar Ukrayna müharibəsindən özləri üçün nəitcə çıxaracaq və hakimiyyəti sakitcə rusiyayönümlü qüvvələrə verəcəklər, amma belə olmadı, Moldovada siyasi konfiqurasiya dəyişmədi. 

Ukrayna mühribəsindən hələki "dərs götürən” yeganə ölkə qonuşu Gürcüstandır, hansı ki, bilmək olmur, İvanişvili və komandasının hakimiyyətini uzatmaq istəyir, ya Rusiya ilə yaxınlaşaraq daha bir müharibənin Cənubi Qafqazda başlamasının qarsını almağa çalışır, yoxsa Moskva ilə yaxınlşaıb özünün ərazi bütövlüyünü bərpa etmək istəyir? Hələ ki məlum olanı budur ki, B.İvanişvili bir biznesmen kimi D.Trampla dil tapacağına ümid edir. Tapacaqmı? Amerikalılar özləri Gürcüstan hakimiyyətinə Trampla bağlı böyük ümidlərə qapılmamağı tövsiyə edir…

Bir sözlə, İrəvan Qərb estafetini çox çətin bir vaxtda qəbul edir. Ona görə də siyasi müşahidəçilərin əksəriyyəti İrəvanın bu cəsarətinə böyük tərəddüdlə yanaşır, hərçənd, bu ölkənin avro-sancıları hələ Serj Sarqsyan vaxtında başlamışdı. 

O vaxt Ermənistan da Ukrayna, Moldova və Gürcüstan kimi Brüssellə assosiyasiya sazişi imzalamağa hazırlaşırdı, amma ən son anda Kreml onu dayandıra bildi və onu yeni yaradılmış Avrasiya İqtisadi Birliyinə üzv etdi.

Amma İrəvanın avro-vurnuxmaları bununla dayanmadı, sonda S.Sarqsyan axır ki, Aİ ilə sənəd imzalaya bildi, baxmayaraq, o vaxtki erməni müxalifəti rişxəndlə deyirdi ki, sənəd Kremldə redaktə olunub! Elə Sarqsyanın öz hökuməti də daim qeyd edirdi ki, onların imzaladığı sənədin heç bir geosiyasi sətiraltısı yoxdur!..

Kreml də özünü elə aparırdı ki, guya ermənilərin avro-nadincliyi onları elə də narahat etmir. 

Amma bizə elə gəlir ki, bu yalnız zahirən belə idi, əslində isə Sarqsyan tezliklə hakimiyyəti tərk etməli oldu və Moskva ona kömək etmək üçün, necə deyər, əlini əlinin üstünə qoymadı! 

Bir sıra müşahidəçilər belə hesab edirlər ki, onda Moskva erməni xalqına qarşı getmək istəmədi. Amma bəlkə də başqa səbəb də vardı: Kreml istəyirdi ki, Qarabağ siyasi klanından canını qurtarsın və Cənubi Qafqaz məsələlərində daha sərbəst olsun, çünki özünün regiondakı siyasətini bütünlüklə ermənilərin maraqlarına tabe etmək istəmirdi...

İndi də rəsmi Moskva özünü elə aparır ki, guya Nikol Paşinyanın qərbpərəst siyasəti onu elə də narahat etmir. Kreml sadəcə, "mədəni şəkildə” çatdırmağa çalışır ki, Nikol Paşinyanın "iki stulda oturmaq siyasəti” yolverilməzdir! 

Amma bir az irəli qaçaraq deyək ki, İrəvanın Vaşinqtonla hərbi-strateji saziş imzalaması Kremldə daha böyük hay-küyə səbəb oldu.  

Hm də Moskvada ona ümid edirlər ki, Ermənistan siyasi, hərbi və iqtisadi cəhətdən o qədər Rusiyaya bağlıdır ki, çətin ondan qopa bilsin! Amma ruslar unutmamalıdırlar ki, hazırda İrəvan Moskvaya nə qədər bağlı olsa da bu, SSRİ dövründəki qədər deyil.

Burada sualı bir qədər başqa cür qoymaq lazımdır: Qərbin özünün məramı nə qədər ciddidir? Axı ermənilər özləri də deyirlər ki, ölkələri bugün-sabah Aİ üzvü olan deyil! Bir daha vurğulayaq ki, bu həftə Ermənistanla ABŞ hərbi saziş də imzaladı və İrəvan ABŞ-ın "NATO-dan kənar əsas müttəfiqlərindən biri” statusunu qazandı. 

Amma bir daha yada salaq ki, elə Tiflis də NATO ilə o qədər sənəd imzalamışdı ki, ona hətta Alyansın qeyri-formal üzvü deyirdilər! Fəqət sonu nə oldu? 

Eyni sözləri Ukrayna haqda da demək olar və bu gün Qərb bu hərbi-siyasi teatrdakı acizliyini onunla pərdələyir ki, guya Kiyev tam hüquqlu NATO üzvü deyil, olsaydı, hər şey başqa cür cərəyan edərdi...

Ermənilər həmişə hiyləgər olublar və əsassız olaraq eyforiyaya qapılmayıblar. Onların indiki vurnuxmaları da daha çox onunla bağlıdır ki, İrəvanı keçmiş Dağlıq Qarabağ münaqişəsi bitəndən sonra Moskva ilə daha heç nə bağlamır. Onlar indi daha varlı ağa axtarışındadırlar...

Hüseynbala Səlimov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Yanvar 2025 01:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri