Kreml Rusiyanın SSRİ ni bərpa etmək planları barədə iddialara reaksiya verdi
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın Sovet İttifaqının təsir dairələrini bərpa etməyi planlaşdırması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Qaynarinfo xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov "RIA-Novosti”yə açıqlamasında bildirib.
"Biz bu mövzu ilə bağlı müəyyən məlumatlar görmüşük. Hətta əgər belə bir məlumatın yayılması doğrudursa, bu, kəşfiyyatın hansısa səhv mülahizələr, araşdırmalar və nəticələr çıxardığı hallara aiddir. Bu, reallıqla qətiyyən uyğun gəlmir”, – deyə o vurğulayıb.
Daha əvvəl Ukrayna kəşfiyyatının rəhbəri Kiril Budanov Rusiyanın Baltik ölkələri və Polşa ilə bağlı planlarını açıqlamışdı. Onun sözlərinə görə, Avropa ölkələri 2027-ci ildən etibarən Rusiyanın mümkün hücumuna hazır olmalıdır.
Budanov hesab edir ki, bunun səbəbləri rusların dünyagörüşündə gizlidir: imperiyanın inkişafı üçün onun təsir dairəsini və ərazilərini daim genişləndirməsi vacibdir və Rusiyanın baxışına görə bu, yeganə "təhlükəsiz” istiqamətdir.
Eyni zamanda "Reuters” yazıb ki, ABŞ kəşfiyyatı Putinin Baltik ölkələrinə müdaxilə planlarını təsdiqləyib. Söhbət Rusiyanın keçmiş SSRİ ərazilərinin hamısını yenidən Moskvanın nəzarəti altına qaytarmaq niyyətindən gedir.
"Kəşfiyyat məlumatları hər zaman Putinin daha artığını istədiyini göstərib. Avropalılar buna əmindir. Polyaklar buna tam əmindir. Baltik ölkələri isə özlərini birinci hədəf hesab edirlər”, – deyə ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü, demokrat Mayk Kvigli "Reuters”ə bildirib.
Alpər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 22 Dekabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















