Kreml Rusiyanın SSRİ ni bərpa etmək istədiyinə dair açıqlamaları təkzib edib
Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin Sovet İttifaqını bərpa etməyə çalışmır, çünki bu, geosiyasi cəhətdən mümkün deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov NATO ölkələrinin hərbiləşdirilməsini Rusiya Prezidentinin guya SSRİ-ni dirçəltmək niyyəti ilə əlaqələndirən Almaniya Kansleri Fridrix Mertsin açıqlamalarını şərh edərək bildirib.
Peskov qeyd edib ki, bu cür iddialar həqiqətə uyğun deyil və Vladimir Putin Sovet İttifaqının bərpasının mümkün olmadığını dəfələrlə bildirib. Mətbuat katibinin sözlərinə görə, bu cür açıqlamalar Rusiyanın MDB və inteqrasiya birliklərindəki tərəfdaşlarına və müttəfiqlərinə qarşı hörmətsizlik nümayiş etdirir.
Kreml sözçüsü, həmçinin Mertsin Rusiyanın NATO-ya hücum hazırladığı tezislərini təkzib edərək, bu cür ittihamların əsassız olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 09 Dekabr 2025 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















