Icma.az
close
up
RU
Kreml sülh sazişinə ev sahibliyi etməyə can atır: Bakı və İrəvan razı olacaqmı?

Kreml sülh sazişinə ev sahibliyi etməyə can atır: Bakı və İrəvan razı olacaqmı?

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kreml Azərbaycan və Ermənistan liderlərinin sülh müqaviləsini məhz Moskvada imzalanması uğrunda mübarizəyə başlayıb. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin “Rusiya Azərbaycan və Ermənistanın sülh sazişi imzalaması üçün öz ərazisini təqdim etmək təklifini qüvvədə saxlayır” açıqlaması bundan xəbər verir. Rusiyalı diplomat bu sözləri Ermənistanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda deyib. Qaluzinin sözlərinə görə, Moskva Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına xüsusi əhəmiyyət verir. “Rusiya İrəvan və Bakı arasında nizamlanma prosesində böyük və təsirli rol oynayıb” deyən Qaluzin tərəflərə qalan fikir ayrılıqlarının aradan qaldırılmasında bütün zəruri dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıb. Qauzinin “aydındır ki, planlarımızı praktiki olaraq həyata keçirmək üçün hələ də mühüm işlər görülməlidir” cümləsi də maraq doğurur.

Birincisi, Qaluzinin iddia etdiyi kimi İrəvanla Bakı arasında xüsusi fikir ayrılığı qalmayıb və buna görə tərəflərin Moskvanın vasitəçiliyinə ehtiyacı yoxdur. Sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyası dəyişdirilməlidir. Ermənistanın baş naziri Nikol Paşinyan gələn ilin iyun ayında parlament seçkilərindən sonra yeni Konstitusiya qəbul edəcəklərinin anonsunu verib. Ermənistan yeni Konstitusiyada Azərbaycana ərazi iddiasını ehtiva edən bəndi çıxardıqdan sonra iki ölkə arasında sülh sazişinin imzalanması üçün maneə qalmayacaq. Bu səbəbdən Qaluzinin açıqlamasından fərqli olaraq “mühüm işlərə” ehtiyac yoxdur. Mühüm işlər buna qədər görülüb.

İkincisi, Azərbaycan və Ermənistan liderləri sülh sazişinin mətnini avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə paraflayıblar. Ukrayna müharibəsinə görə, ABŞ-la Rusiya arasında dərin fikir ayrılığı var. Azərbaycan hakimiyyəti və cəmiyyəti də Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini qəbul etmir. Bundan başqa Azərbaycan və Ermənistan Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının azaldılmasında maraqlıdır. Təkcə bu iki amili nəzərə alaraq Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün Rusiya paytaxtının seçilməsi ehtimalı azdır. Sülh sazişinin imzalanması üçün yenidən okeanın o tayına səfərə ehtiyac olmasa da, sənəd müxtəlif məkanlarda, iki ölkənin sərhəddində, Tiflisdə, Ankarada və ya Astanada imzalana bilər.

Politoloq Elxan  Şahinoğlu,

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sitat.info
archiveBu xəbər 15 Oktyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri