Icma.az
close
up
RU
Kreml üçün “fin testi”

Kreml üçün “fin testi”

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Bu test Moskvanın xarici siyasətini necə ifşa etdi?

Bugünlərdə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev

Finlandiyanın NATO-ya üzvlük ehtimalı ilə bağlı maraqlı və bir o qədər də gülünc açıqlama ilə çıxış edib. Çıxışında bunu Finlandiyanın suveren hüququ kimi dəyərləndirən Medvedyev, 2-3 cümləlik açıqlamada Helsinkiyə hədə-qorxu gəlməyi də unutmayıb. Rus yetkili bildirib ki, əgər belə bir şey baş versə, “təbii ki, bunun nəticələri olacaq”.

Medvedyev sonrakı açıqlamalarında Finlandiyaya qarşı ittihamlarını genişləndirərək bu ölkəni Rusiyaya hücum hazırlığında günahlandırıb.

Medvedyevin məlum açıqlamaları Kremlin sadəcə Finlandiyaya deyil, bütün dünyaya baxışını ifadə edir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin sözlərindən aydın görünür ki,  Kreml öz boğucu üstünlüyün artıran NATO qarşısında dəhşətli qorxu hissi duyur və bu səbəbdən də adıçəkilən hərbi-siysi blokla az və ya çox dərəcədə əməkdaşlıq edən istənilən dövlətə düşmən gözü ilə baxır. Rusiya Finlandiyanın NATO-ya üzvlük məsələsinin bu ölkənin suveren hüququ olduğunu bilir, eyni zamanda fin xalqına hədə-qorxu gəlməklə onun bu hüququnu məhdudlaşdırmağa çalışır. Bununla da beynəlxalq hüququn tələbini pozur. “Fin testi” Rusiya xarici siyasətinin ilk növbədə bu istiqamətini – başqa dövlətlərin və xalqların suveren hüquqlarını nümayişkəranə şəkildə pozmaq ənənəsini ifşa edir.

Rusiya Medvedyevin dili ilə bəyan edir ki, əgər Finlandiya NATO-ya üzv olarsa, o zaman cəzalandırılacaq. Halbuki, Rusiyanın artan təzyiqləri fonunda Finlandiyanın NATO-ya üzvlüyü yeganə qurtuluş yolu kimi görünür. Əks təqdirdə Rusiyanın Finlandiyaya ilk növbədə siyasi-diplomatik, eləcə də, psixoloji basqıları artıracağı şübhəsizdir. Ukrayna nümunəsi də sübut etdi ki, Rusiya başqa dövlətlərin ərazi bütövlüyünü pozmaq təcrübəsindən imtina etmək niyyətində deyil. Bu mənada Finlandiyanın da yaxın gələcəkdə Rusiyanın qurbanları sırasına daxil olmaq ehtimalı var və rəsmi Helsinki təbii olaraq bu ehtimalı nəzərə alaraq öz təhlükəsizliyini qeydinə qalmalıdır.

Üçüncüsü, “fin testi” sübut edir ki, Rusiya ilə münasibətlərdə ən etibarlı tənzimləyici amil güclü ordu və etibarlı müttəfiqlərdir. Yalnız bu şəkildə Rusiya təhlükəsindən qismən də olsa sığortalanmaq, yaxud bu təhlükəyə adekvat cavab vermək mümkündür. Çünki Kreml müasir dünyaya köhnə nəzərlərlə baxmaqda davam edir və bu nəzərlər Rusiyanın maraqlarından başqa heç nəyi görmür.

S.Əliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri