Kreml üçün siyasi təhlükə Sosial böhran riski var
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Rusiya iqtisadiyyatı Ukraynadakı beşillik müharibə nəticəsində ciddi şəkildə zəifləyib.
"AzPolitika" xəbər verir ki, bu barədə "The Times" qəzeti yazır.
Maliyyə dairələrinin nümayəndələri rusiyalıların rifah halının uzunmüddətli tənəzzülü ilə yanaşı, Kreml üçün siyasi təhlükə yarada biləcək sosial böhran riski barədə də xəbərdarlıq edirlər.
"Bild" nəşri isə bildirir ki, Vladimir Putin müharibənin gedişatını dəyişmək üçün yeni genişmiqyaslı eskalasiyaya və səfərbərliyə ümid bəsləyə bilər.
"Bəlkə də Putin hər şeyi son eskalasiya dalğasına - Ukraynanın döyüş əzmini qırmağa yönəlmiş kütləvi və qətiyyətli səfərbərliyə yönəldəcək. Lakin maliyyə dairələrindəki tənqidçiləri anlayırlar ki, Rusiya bu dağıdıcı müharibəni sonsuzadək maliyyələşdirə bilməz," - deyə "The Times" qeyd edir.
Məqalədə vurğulanır ki, müharibə uzandıqca Rusiya iqtisadiyyatı üçün nəticələr daha da ağırlaşır və rəsmi Moskva üçün hərbi xərcləri artırmaq imkanları daralır.
E. Səlimov
AzPolitika.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 19 Avqust 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















