Icma.az
close
up
RU
Menu

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

Damarları tıxananlar bu qidalardan imtina etsin

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

Miri Yusiflə Aiseldən yeni layihə

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

Hələ də inana bilmirəm

“9990” və “7770” dən gələn zəng təhlükəlidir? RƏSMİ

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

Kreml Ukrayna savaşını artıq uduzur: Rusiya üçün indi əsl yeni müharibə başlayır

Kreml Ukrayna savaşını artıq uduzur: Rusiya üçün indi əsl yeni müharibə başlayır

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ və Qərb Kremlin ən zəif yerlərini tam dəqiqliyi ilə müəyyən edib və ardıcıl sarsıdıcı zərbələr endirir, bu amansız qarşıdurmanın sonrakı mərhələsində də əsas hədəfin Rusiyanı məhz enerji sektoru və maliyyə-iqtisadi müstəvidə tükətmək olacağı artıq qətiyyən şübhə doğurmur... Rusiya isə bu dağıdıcı zərbələrin qarşısını almaqda açıq-aşkar çətinlik çəkir, çünki texnoloji və maliyyə mənbələri getdikcə məhdudlaşır, Ukrayna savaşındakı döyüşlər qədər mühüm olan ikinci cəbhə – iqtisadi-ticari, eləcə də informasiya-propoqanda müharibəsi artıq kollektiv Qərbin xeyrinə çevrilir...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ukrayna savaşı artıq yeni mərhələyə keçmək üzrədir. Belə ki, bu savaş tədricən Rusiya ərazisinə keçirilməyə başlayıb. Kremlin NATO üzvü olan Avropa dövlətlərinə qarşı hərbi təhdidlərə bağlı siyasi şantaj strategiyası indi bumeranq effekti verir və Rusiyaya olduqca baha başa gəlir. Kremlin “neoimperialist kaprizlər”indən bezib, səbri tükənən ABŞ və Qərb Rusiyaya yerini göstərmək taktikasına üstünlük verir. Və bu, kollektiv Qərbin Rusiyaya qarşı hibrid savaşa başlamasına yol açır.

Onu da qeyd etmək lazımdır ki, Rusiya ilə Qərb arasında davam edən savaş artıq yalnız cəbhə xəttində deyil, iqtisadi-ticari və informasiya-propoqanda müstəvisində də kəskinləşib. ABŞ rəsmi dairələrindən səsləndirilən sərt açıqlamalar, Ukraynanın nüvə təhlükəsinə dair xəbərdarlıqları, Rusiyanın enerji sektoruna endirilən sarsıdıcı və ardıcıl zərbələr mövcud hərbi-siyasi qarşıdurmanı artıq yeni mərhələyə daşıyır. Və belə anlaşılır ki, kollektiv Qərb Rusiyanı həm enerji sektoru, həm də “nüvə kartı” ilə küncə sıxışdırmaqda israrlıdır.

Məsələ ondadır ki, ABŞ prezidentinin Ukrayana savaşının dayadırılması üzrə xüsusi nümayəndəsi Kit Kelloqun “Rusiya bu müharibəni qazana bilməyəcək” açıqlaması əslində, yalnız bir diplomatın şəxsi fikri sayıla bilməz. Qətiyyən şübhə doğurmur ki, onun mesajları ABŞ-ın yeni strateji yanaşmasının ifadəsidir. ABŞ açıq şəkildə Kremlin uzunmüddətli perspektivdə resurslarını tükəndirmək niyyətini nümayiş etdirir. Kit Kelloqun dedikləri həm Rusiyanın siyasi elitasına, həm də tərəddüd edən Avropa dövlətlərinə ünvanlanmış xüsusi mesajdır. Ağ Ev birmənalı şəkildə təsdiqləyir ki, Kreml artıq əvvəlki kimi qalib mövqeyində deyil, əksinə, Rusiyanın hazırda logistik və maliyyə-iqtisadi problemləri getdikcə ağırlaşır.

Maraqlıdır ki, son vaxtlara qədər Rusiyaya xüsusi rəğbətini gizlətməyən ABŞ lideri Donald Trampın prezident Vladimir Putini “kağızdan pələng” adlandırması isə Kremlin yeni situasiya ilə üzləşdirilməsinə yönəlik bəyanatdır. Ağ Ev sahibi Kremldə mövcud situasiyanın Rusiya üçün artıq ümidsiz olduğunu qabartmağa çalışır. Prezident Donald Tramp bu açıqlama ilə həm də Rusiyanın və onun liderinin imicinə də beynəlxalq müstəvidə sarsıdıcı zərbə vurmağa nail olub. Və son vaxtlar ABŞ siyasi elitası tərəfindən ön planda tutulan bu ritorika daha çox məhz Rusiyanın ən zəif tərəflərinin qabardılması üzərində qurulub.

Digər tərəfdən, Ukrayna siyasi dairələri də nüvə təhlükəsi arqumentini daha qabarıq şəkildə ön plana çəkməklə, kollektiv Qərb daxilində Rusiyaya qarşı sərt mövqeyin vacibliyinə yönəlik əhval-ruhiyyəni mümkün qədər gücləndirməyə çalışır. Belə ki, Ukrayna prezidenti Volodimir Zelenski hazırda Rusiyaya qarşı “informasiya müharibəsi”ni əsasən qlobal nüvə təhlükə kartı ilə aparır. Onun sözlərinə görə, artıq yeddi gündür ki, Zaporojye Atom Elektrik Stansiyası dizel generatorlarının hesabına işləyir və bu, nüvə fəlakətinə yol aça biləcək misilsiz risk yaradır.

Prezident Volodimir Zelenski beynəlxalq ictimaiyyəti bu təhlükə ilə bağlı susmamağa çağırmaqla, əslində, kollektiv Qərbin Ukraynaya hərbi və siyasi-diplomatik dəstəyini daha da artırmağa çalışır. Bu arqument Ukraynanın əsas informasiya-propoqanda üstünlüyü olaraq, diqqəti çəkir. Çünki əgər, Rusiya nüvə obyektlərinə raket zərbələrini davam edərsə, məsələ artıq yalnız Ukraynanın suverenliyi çərçivəsində müzakirə olunmaqdan kənara çıxmağa başlayacaq. Və bu mövzu daha çox bütün Avropa qitəsinin hərbi təhlükəsizlik məsələsinə çevrilmiş olacaq.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Kiyevin əsas hədəfi kollektiv Qərbdən Rusiyanın dərinliklərinə daha sarsıdıcı zərbələr üçün intensiv və yetərli dəstək alınmasına nail olmaqdır. Rəsmi Kiyev Rusiyanı çökdürə biləcək əsas hədəfləri tam dəqiqliyi ilə müəyyən etməyə də nail olub və Ukrayna ordusu hazırda işğalçı tərəfin enerji sektoruna davamlı dron zərbələri endirməkdədir. Ona görə də, Ukrayna savaşının Rusiya üçün iqtisadi-ticari cəbhəsi getdikcə daha böhranlı məzmun almağa başlayıb. Belə ki, Ukrayna ordusunun dron hücumları nəticəsində Rusiyanın neftayırma zavodlarının üçdə biri artıq fəaliyyətini dayandırıb və ilkin emal gücü 38 faiz azalıb. Və bunun nəticəsində Rusiya gündəlik enerji hasilatını 236 min ton azalmaq məcburiyyətində qalıb.

Ən önəmli məqamlardan biri isə odur ki, Rusiyanın Qərb texnologiyalarına çıxış imkanları məhdudlaşdırıldığı üçün Kreml Ukrayna dronlarının vurduğu neft emalı zavodlarının yenidən bərpası artıq uzun və bahalı prosesə çevrilib. Rusiyanın “Kommersant” nəşri yazır ki, artıq ölkə daxilində benzin istehsalı 20 faizlik qıtlıq həddinə çatıb. Bu, həm daxili bazarda sosial gərginlik yaradır, həm də dövlət büdcəsinin əsas valyuta mənbəyini zəiflədir. Bu proses həm də Rusiya iqtisadiyyatının çöküş prosesini sürətləndirir. Və bu baxımdan, Rusiyanın enerji sektoru hazırda Kreml üçün həm iqtisadi-ticari, həm də siyasi zəiflik nöqtəsinə çevrilməyə başlayıb.

Mövcud situasiya onu göstərir ki, kollektiv Qərb hazırda Rusiya ilə birbaşa hərbi toqquşmaya girmədən ona qarşı “tükətmə strategiyası”nı davam etdirir. Davam edən iqtisadi sanksiyalar, texnoloji qadağalar, enerji sektoruna zərbələr və informasiya savaşı Rusiyanın uzunmüddətli müqavimət potensialını məhdudlaşdırır. Rusiya taktiki uğurlar qazana bilsə də, strateji müstəvidə həm iqtisadi-ticari, həm siyasi-diplomatik, həm də imic baxımından, uduzan tərəf kimi təsvir olunur. Ukrayna prezidenti Volodimir Zelenskinin “nüvə arqumenti”, Kit Kelloqun sərt açıqlamaları və Ağ Ev sahibi Donald Trampın ironik ritorikası sinxron şəkildə Rusiyanın zəif mövqedə olduğunu qabartmaq məqsədi daşıyır.

Belə anlaşılır ki, ABŞ və Qərb Rusiyanın ən zəif yerlərini tam dəqiqliyi ilə müəyyən edib və ardıcıl sarsıdıcı zərbələr endirir. Bu amansız qarşıdurmanın sonrakı mərhələsində də kollektiv Qərbin əsas hədəfinin Rusiyanı məhz enerji sektoru və maliyyə-iqtisadi müstəvidə tükətmək olacağı artıq qətiyyən şübhə doğurmur. Rusiya isə bu dağıdıcı zərbələrin qarşısını almaqda açıq-aşkar çətinlik çəkir, çünki texnoloji və maliyyə mənbələri getdikcə məhdudlaşır. Və beləliklə, Ukrayna savaşındakı döyüşlər qədər mühüm olan ikinci cəbhə – iqtisadi-ticari, eləcə də informasiya-propoqanda müharibəsi artıq kollektiv Qərbin xeyrinə işləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Oktyabr 2025 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see247

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see234

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see224

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see200

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see195

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see180

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see178

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see163

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see162

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see152

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see151

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see147

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see146

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see137

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see133

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see132

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see131

“9990” və “7770” dən gələn zəng təhlükəlidir? RƏSMİ

14 Noyabr 2025 18:36see127

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see126

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri