Icma.az
close
up
RU
Kreml Zəngəzur dəhlizi ilə bağlı ikibaşlı oyuna başlayıb: Rusiya Qafqazda pusquya yatıb, yeni təxribata hazırlaşır

Kreml Zəngəzur dəhlizi ilə bağlı ikibaşlı oyuna başlayıb: Rusiya Qafqazda pusquya yatıb, yeni təxribata hazırlaşır

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kreml hazırda Cənubi Qafqazda Rusiya üçün “neytral vasitəçi” rolunu uydurmağa ehtiyac duymuş kimi görünür... Əslində isə Zəngəzur dəhlizi Rusiyanın Cənubi Qafqaz üzərində qurduğu məkrli planlarda əsas strateji hədəf rolunu oynayır...

Cənubi Qafqaz Rusiya üçün itirilmiş region sayılır. Ancaq Kreml hələ də bu regiondan əl çəkmək istəmir. Rusiya Cənubi Qafqazda düşdüyü durumla barışmaq niyyətində olmadığını biruzə verir. Ona görə də, Cənubi Qafqaz dövlətlərinə qarşı təzyiq göstərməyə çalışır. Və buna paralel olaraq da müxtəlif siyasi-diplomatik manipulyasiyalara cəhd göstərir.

Onu da qeyd etmək lazımdır ki, hazırda hazırda Rusiya siyasi dairələri müxtəlif məzmunlu bəyanatlara xüsusi həvəs göstərirlər. Həmin bəyanatlar əsasən təhdid məzmunu daşıyır. Eyni zamanda, buna paralel olaraq, Kremlin planlarını ört-basdır etmək məqsədi daşıyan açıqlamalara da rast gəlinir. Və bu baxımdan, Kremldə Cənubi Qafqaz ilə bağlı müəyyən təlaşın mövcud olduğu müşahidə edilir.

Məsələ ondadır ki, Kremlin Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsinə strateji əhəmiyyət verdiyi qətiyyən şübhə doğurmur. Ancaq indiki situasiyada Kremlin bu hədəfinə çata biləcəyi də qətiyyən inandırıcı görünmür. Bu baxımdan, son günlərdə Rusiya rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı verdiyi müxtəlif açıqlamalar yenidən gündəmdədir. Belə ki, Kremlin sözçüsü Dmitri Peskov Zəngəzur dəhlizinin Ermənistan və Azərbaycanın suveren işi olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiya sadəcə, danışıqlar prosesini dəstəkləyir və hər iki tərəfə tezliklə sülh müqaviləsi imzalamağı arzulayır. İlk baxışdan, bu, Kremlin loyallıq nümayişi kimi görünür. Ancaq reallıqda Cənubi Qafqazda baş verənlər bu ritorikanın arxasında tam fərqli bir oyunun gizlədilmiş ola biləcəyini də göstərir.

Çünki Zəngəzur dəhlizi sadəcə, nəqliyyat-kommunikasiya məsələsi deyil. Bu, həm də regionda böyük güclərin çarpışdığı geosiyasi bir arteriyadır. Kreml isə bu dəhlizin taleyini diqqətlə izləyir, bəzən isə hiss olunmadan müdaxilə etməyə cəhd göstərir. Və ona görə də, Kreml üçün ənənəvi olmayan “Bu, Ermənistan və Azərbaycanın işidir” açıqlamasının arxasında hansısa yeni məkrli oyunların başlanma ehtimalı barədə düşünməyə ehtiyac yaranır.

Təbii ki, Kreml təmsilçisinin bu dediklərini təhlil etdikdə, ortada açıq sual dayanır. Rusiya doğrudan da geri çəkilibmi, yoxsa sadəcə, öz təsirini pərdə arxasında qorumağa çalışır? Hər halda, Zəngəzur dəhlizi Rusiya üçün kritik əhəmiyyət daşıyır. Bu marşrut vasitəsilə Rusiya regionda öz hərbi və logistik mövqelərini bərpa edə bilər.

Digər tərəfdən, Rusiya Zəngəzur dəhlizi vasitəsilə İran və Türkiyə ilə əlaqələrini nəzarət altında saxlaya bilər. Ən əsası isə Kreml Türk dünyasının vahid nəqliyyat arteriyasının məhz Rusiyadan yan keçməklə formalaşdırmasının qarşısını almaqda birbaşa maraqlıdır. Və belə bir vəziyyətdə Rusiya “bizi maraqlandırmır və qarışmırıq” deyirsə, bu, sadəcə, siyasi-strateji manipulyasiyadır.

Təbii ki, Kremlin manipulyasiya ilə məşğul olduğu və Rusiyanın öz neoimperialist hədəflərindən qətiyyən imtina etmədiyi digər açıqlamalarda biruzə verilir. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Cənubi Qafqaz mövzusunda daha açıq danışır. O, bildirir ki, Qərb, xüsusilə də ABŞ Azərbaycan və Ermənistan arasında normallaşmanı “öz maraq relslərinə salmaq” istəyir. Onun fikrincə, bu, regionun təhlükəsizlik sistemini pozur, Cənubi Qafqazın mövcud əməkdaşlıq formatlarının əsas iştirakçılarının, yəni Rusiya, İran və Türkiyənin arxa plana keçirilməsinə xidmət edir.

Digər tərəfdən, Mariya Zaxarova ABŞ-ın Zəngəzur dəhlizi məsələsində “unikal həll” təqdim etməyə çalışdığını, ancaq əslində əvvəlki üçtərəfli formatdan kənara çıxmadığını iddia edir. Kreml təmsilçisi daha sərt formada vurğulayır ki, ABŞ və Qərbin təsiri nəticəsində həmin format – Rusiya, Ermənistan və Azərbaycanın baş nazir müavinlərinin rəhbərlik etdiyi komissiya – faktiki olaraq, fəaliyyətini dayandırmalı olub.

Maraqlıdlr ki, Ermənistanda son dövrlər baş verən hadisələr, xüsusilə də, Paşinyan hakimiyyətinin Qərbə yaxınlaşma siyasəti, Kremlin narazılığını daha da gücləndirib. Avropa Birliyinin mülki müşahidə missiyasının Ermənistana gəlməsi, rəsmi İrəvan tərəfindən KTMT-nin faktiki olaraq, rədd edilməsi və Rusiya ilə hərbi-siyasi uzaqlaşma, Kremlin daha açıq şəkildə Paşinyan hakimiyyətinə qarşı mövqe tutmağa sövq edir.

Ona görə də, Kreml Paşinyan hakimiyyətinin tezliklə devrilməsində birmənalı şəkildə maraqlıdır. Ermənistanda Rusiya kəşfiyyatına bağlı radikal-revanşist siyasi qüvvələrin və erməni kilsəsinin aktivləşməsi, bəzi analitiklərə görə, məhz Kremlin reallaşdırmağa çalışdığı təzyiq planlarının tərkib hissəsidir. Belə olan halda, Kremlin “Ermənistanın daxili işlərinə qarışmırıq” bəyanatı qətiyyən inandırıcı təsir bağışlamır.

Məsələ ondadır ki, Rusiya üçün Zəngəzur dəhlizi ilə bağlı əsas hədəflər konkret və sadədir. Belə ki, Kreml ABŞ və Qərbin bu dəhlizin açılması ilə bağlı prosesə tam daxil olmasının qarşısını almağa cəhd göstərir. Cənubi Qafqazda nəqliyyat və təhlükəsizlik mexanizmlərini yalnız Rusiyanın təsir dairəsində saxlamağa çalışır. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında sülh prosesinə də məhz Rusiyanın maraqlarına uyğun məzmunda yön verməyə can atır.

Belə anlaşılır ki, Kreml hazırda Cənubi Qafqazda “neytral vasitəçi” rolunu oynamağa ehtiyac duymuş kimi görünür. Ancaq reallıqda həm Ermənistandakı ölkədaxili proseslərə dolayı ilə kobud şəkildə müdaxilə edir. Həm də rəsmi Bakıya təzyiq göstərməklə, Azərbaycanla strateji balansı yenidən qurmağa çalışır. Və bu baxımdan, Kreml nə qədər siyasi manipulyasiyalar ilə ört-basdır etməyə çalışsa da, əslində, Zəngəzur dəhlizi Rusiyanın Cənubi Qafqaz üzərində qurduğu məkrli planlarda əsas strateji hədəf rolunu oynayır.(musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 İyul 2025 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri