Kremldən açıqlama: Onlar hələ Ağ Evdə deyillər
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bazar ertəsi Kremlin sözçüsü Dmitri Peskov Trampın komandasının Macarıstanın Baş naziri Viktor Orbanın Ukraynada atəşkəs təklifini müzakirə etməyə hazır olması xəbərini şərh edib.
O, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın komandasının hələ Ağ Evdə olmadığını, Baydenin komandasının orada olduğunu söyləyib.
"Cebheinfo.az" bu barədə "Sputnik News"-a istinadən xəbər verir.
Qeyd edək ki, bazar günü Trampın milli təhlükəsizlik müşaviri vəzifəsinə seçdiyi Mikael Valtz bildirib ki, seçilmiş prezidentin komandası Orbanın Ukraynada Milad bayramında atəşkəs təklifini nəzərdən keçirəcək.
Dmitri Peskov isə bildirib ki, indi Ukraynaya sülhməramlıların yerləşdirilməsi barədə danışmaq tezdir.
Mətbuat katibi xatırladıb ki, Rusiya İstanbul razılaşmaları əsasında Ukrayna ilə bağlı danışıqları yenidən başlamağa hazırdır.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:80
Bu xəbər 16 Dekabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















