Icma.az
close
up
RU
Kremlə “Sputnik” cavabı: Bakıda hələ Rusiyanın 355 “yuvası” var 2 si nəhəngdir...

Kremlə “Sputnik” cavabı: Bakıda hələ Rusiyanın 355 “yuvası” var 2 si nəhəngdir...

Icma.az bildirir, Bakupost portalına istinadən.


Bu gün “Sputnik Azərbaycan”da keçirilən əməliyyat və FTX-nin iki agentinin həbsi rəsmi Bakının Kremlə “Rus evi”nin bağlanmasından sonra ikinci mesajıdır. Belə ki, bu gün Daxili İşlər Nazirliyinin “Sputnik Azərbaycan”ın ofisində keçirdiyi əməliyyatla bağlı rəsmi açıqlamasında bildirilir: “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb. İyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var...”

Fevralda fəaliyyəti dayandırılan və yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçməsinə şərait yaradılan “Sputnik Azərbaycan”ın qanunsuz maliyələşmə ilə fəaliyyət göstərməsi haqda tam 4 aydan sonra “xəbər tutulması” mümkün deyil.

Əlbəttə ki, fevralın sonunda “Sputnik”in Azərbaycan nümayəndəliyi ləğv olunduqdan sonra bu ofisin qeyri-qanuni fəaliyyətini davam etdirdiyini hüquq-mühafizə orqanları çox yaxşı bilirdilər. Yəni bugünkü əməliyyat 27 iyunda Yekaterinburqda Rusiya vətəndaşı olan azərbaycanlılara qarşı zorakılıq və repressiyaya “yumşaq cavab” xarakteri daşıyır. Ancaq özündə bəzi nüansları da ehtiva edir.

Bundan öncə “Rus evi” bağlanmış, oranın casus yuvası olduğu haqda hüquq-mühafizə orqanlarına istinadla media məlumat yaymışdı. “Rus evi” 2024-cü il 25 dekabrda AZAL təyyarəsinin vurulmasından sonra Rusiyanın inadla informasiya təxribatı istehsal etməsinin ardınca qapadılmışdı, 2025-ci il fevralın əvvəlində.

Həmin zaman “rus casus yuvasının” qapadılmasının ardınca, fevralın sonuna doğru “Sputnik Azərbaycan” haqda qərar elan olunmuşdu. Bugünkü əməliyyatın “Sputnik Azərbaycan”da keçirilməsi və FTX-nin iki agentinin həbsi haqda informasiya isə ciddi siqnaldır: Bakı Rusiyanın təzyiqləri və qeyri-adekvatlığına qarşı Azərbaycandakı casus şəbəkəsini sıradan çıxarır.

Hadisə AZAL təyyarəsinin Qroznıda vurulması ilə başlamışdı, Yekaterinburq hadisəsi ilə davam etməsində məntiqi ardıcıllıq axtarsaq, belə məlum olacaq ki, bu “casus ovu” dolayısı ilə yenə də AZAL təyyarəsinin vurulmasına gedib çıxır. Görünür, Yekaterinburq olayının arxasında da AZAL-a görə Azərbaycanı tələblərindən imtinaya məcbur etmək istəyi dayanır.

Ancaq rəsmi Bakının “Rus evi” və “Sputnik Azərbaycan” addımları, əslində həddən artıq “yumşaq davranış” sayıla bilər. Azərbaycanda Rusiyanın əsas təsir imkanları əslində nə “Rus evi”, nə də “Sputnik Azərbaycan”dır: birinin mədəni, digərinin informasiya təsiri sıfırdır. Yalnız “casus yuvaları” kimi fəaliyyətləri ola bilər ki, bu da DTX-nin peşəkar əməliyyatçı şefinin nəzər-diqqətindən kənarda ola bilməz!

Rusiyanın Azərbaycanda əsas təsir dairəsi rusdilli məktəblərdir. Azərbaycanın rayonlarında 15-dən çox, Bakıda isə 340 civarında rus dilində tədris həyata keçirən məktəb var. Təxminən 355 orta məktəbdə 100 minə yaxın şagird təhsil alır ki, bu da rus dilinin işlənmə dairəsini kəskin şəkildə artırır.

Rus dilinin son illər Bakıda yenidən populyarlaşdığını müşahidə etmək üçün Azərbaycanın paytaxtını bir gün gəzmək kifayət edir: azərbaycanlı uşaqlar, ailələr rusca danışırlar, rus dili Sovet illərində olduğu kimi ailələrimizin içərisinə yerləşib. Bunun bir səbəbi rus məktəblərinə qayğı, rusdilli məktəbləri bitirənlərin ali məktəblərə qəbul imkanlarının daha asan olmasıdır.

Rus dili - əslində o dildə təhsil alanların təfəkkürünün, dünyagörüşünün “rusca” formalaşmasında müstəsna rol oynayır və bunu Kreml çox yaxşı dərk edir. Təsadüfi deyil ki, bir ölkədə rus dilinin xüsusi himayədə olması Rusiyanın əsas diqqət yetirdiyi məqamdır.

Ermənistanda bir ədəd də rus məktəbi yoxdur, ancaq Azərbaycanda, qeyd etdiyimiz kimi, rus dilində tədris verən 355 məktəb var. Üstəlik, Azərbaycanda M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Birinci MDTU filialları fəaliyyət göstərir. Bu ali məktəblər kifayət qədər nüfuzludur və birbaşa Rusiya ali məktəbinin diplomunu verirlər.

Rusiyaya qarşı ən ciddi addım rusdilli məktəblərin bağlanması haqqında qərar ola bilər. Məntiq də ortadadır: Azərbaycan dövləti hansı əsasla rus dilində təhsilin bütün xərclərini öz üzərinə götürməlidir? Niyə 355 məktəbi maliyələşdirməlidir?

Azərbaycan dilində təhsil, həm də pulsuz təhsil – Azərbaycan hökumətinin konstitusion öhdəliyidir. Ancaq rusca heç bir öhdəlik yoxdur, üstəlik, bu, büdcəni ciddi qayğıdan xilas edə bilər.

Beləliklə, 355 orta, iki ali məktəb və rus bölmələrinin bağlanması Azərbaycanda Rusiyanın mənəvi təsirinin azaldılması istiqamətində ciddi addım olacaq.

Yəqin ki, Rusiya inadına davam edərsə, Azərbaycan rus məktəbləri kimi, Novorossiysk kəmərinə neft vurmaq “öhdəliyini” də dayandıracaq – niyə “Ural” kimi aşağı keyfiyyətli neftin axdığı boruya ən yüksək keyfiyyətli Bakı neftini vurub, malı ucuz satıb, borunun işləkliyinə töhfə verməliyik?

Aygün,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 İyun 2025 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri