Icma.az
close
up
RU
Kremlin Bakıya göndərəcəyi heyətdə kimlər olacaq? Deputatdan REAKSİYA

Kremlin Bakıya göndərəcəyi heyətdə kimlər olacaq? Deputatdan REAKSİYA

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir sıra Telegram kanallarının məlumatına görə, Moskvada Azərbaycanla bağlı qeyri-rəsmi nümayəndə heyəti formalaşır. Nümayəndə Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyin aradan qaldırılması ilə bağlı qeyri-rəsmi məsləhətləşmələr üçün heyəti bu həftə Bakıya gələ bilər.

Yayılan məlumatlarda o da qeyd edilir ki, Rusiyadan Bakıya gələcək missiyaya Putinin keçmiş şəxsi köməkçisi, hazırkı fövqəladə hallar naziri Aleksandr Kurenkovun rəhbərlik edə bilər.

Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası İşçi Qrupunun üzvü Azər Badamov Modern.az-a bildirib ki, Moskvadan Bakıya nümayəndə heyətinin göndərilməsi müsbət addım ola bilər:

"Rusiya gördü ki, Azərbaycanla süni gərginlik yaratmaqla heç nəyə nail olmaq mümkün deyil. Əksinə, yaxın qonşusu olan Azərbaycanı özündən uzaqlaşdırır. Ona görə də nümayəndə heyətinin Bakıya göndərilməsi məsələsini qərarlaşdırdığını düşünürəm. Nümayəndə heyətinin tərkibində kimlərin olacağını Kreml müəyyənləşdirir. Amma bu elə bir nümayəndə heyəti olmalıdır ki, həqiqətən aparılacaq qeyri-rəsmi məsləhətləşmələr müsbət nəticələnə bilsin. Azərbaycan müstəqil ölkədir və beynəlxalq siyasətini də müstəqil müəyyənləşdirir. Bu baxımdan ölkəmizlə təzyiq dilində yox, bərabərhüquqlu, qarşılıqlı hörmət və fayda əsasında danışlmalıdır. Görüşün necə keçəcəyindən asılı olmayaraq, bunu müsbət addım hesab edirəm və müzakirə olunmalı çoxlu məsələlər var". 

A.Badamov onu da vurğulayıb ki, dialoq yolu ilə gərginliyə gətirib çıxaran məlum səbəblər ədalətli şəkildə həll olunmalıdır: 

"Rəsmi Bakı ədaləti, beynəlxalq hüququ və səmimi qonşuluq münasibətlərini dəstəkləyir. Ölkəmiz heç vaxt regionda, xüsusilə qonşularla gərginliyin yaranmasının tərəfdarı olmayıb. Biz eyni zamanda haqqımızı da tapdalamağa heç kimə imkan verməyəcəyik. Rusiya qonşumuzdur və biz ölkələrarası münasibətlərin həmişə ədalətli və normal qalmasının tərəfdarı olmuşuq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 İyul 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri