Icma.az
close
up
RU
Bakı və İrəvana hücumların pərdəarxası Kremlin “qarın ağrısı” varmış

Bakı və İrəvana hücumların pərdəarxası Kremlin “qarın ağrısı” varmış

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın əsrlər boyu bir-birinə qarşı qoyduğu Türkiyə, Ermənistan və Azərbaycan indi Moskvanın təsirinə açıq şəkildə meydan oxuyan yeni regional ox təşkil edir

Bugünlərdə informasiya məkanı Rusiyanın Ermənistan və Azərbaycanda sabitliyi pozmağa yönəlmiş son cəhdlərinə işıq salan “CaucasusWarReport” resursunun hesabatı ilə partladı. Məlum olub ki, Cənubi Qafqazı öz təsir dairəsində saxlamaq istəyən Rusiyanın Bakı ilə İrəvan arasında sülh danışıqlarını pozmağa yönəlmiş ənənəvi hibrid müharibəsinin səbəbi Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan, Türkiyə və Ermənistan arasında Moskvanın iştirakı olmadan əldə edilmiş razılaşma olub.

Bu təklif materik Azərbaycanı onun Naxçıvan eksklavı ilə birləşdirəcək, Bakını birbaşa quru marşrutu ilə təmin edəcək Zəngəzur dəhlizinin neytral qarantı kimi müəyyən Amerika logistik kommersiya operatorunu təqdim etmək təklifini irəli sürən Donald Tramp administrasiyası tərəfindən irəli sürülüb.

Karnegi Beynəlxalq Sülh Fonduna (CEIP) görə, plan dəhliz boyunca yük tranzitinin idarə edilməsi və monitorinqi üçün məsuliyyəti Amerika logistika firmasına həvalə edəcək və həmin şirkət məlumatları bütün tərəflərlə paylaşılacaq. Bu yanaşma Ermənistanın marşrut üzərində suverenliyini qorumaqla Azərbaycanın uzunmüddətli təhlükəsizlik zəmanətlərinə ehtiyacını ödəməyə yönəlib. Amerika planı Rusiyanın həm danışıqlar masasından, həm də dəhlizin həyata keçirilməsindən tamamilə kənarlaşdırılmasını nəzərdə tutur ki, bu da Moskvanın Cənubi Qafqazda təsirini azaltmağa hesablanmış qərardır.

Bu məlumatların fonunda Ermənistanda Nikol Paşinyan hakimiyyətinə müxalif olan, Moskvanın himayədarları, Qarabağdan olanlar, Qarabağ separatizminin keçmiş liderləri, keçmiş prezidentlər Serj Sarqsyan və Robert Köçəryanın təmsil olunduğu kremlpərəst qüvvələr - “Bakı ilə sülh” və “Artsaxın”un itirilməsi ilə barışmayanlar fəallaşdılar.

Erməni kilsəsinin bu prosesə cəlb edilməsi və uğursuz çevriliş cəhdi Ermənistanın qanuni, xalq tərəfindən seçilmiş hakimiyyətinə qarşı Kremlin elan etmədiyi müharibənin hibrid üsullarındandır.

Azərbaycanda sabitliyi pozmaq iqtidarında olmadığı üçün Rusiya rəhbərliyi əlində olan yeganə tədbirə əl atdı: iki milyondan artıq Azərbaycan diasporuna hədə-qorxu və təzyiq.

Ermənistanda dövlət çevrilişinə cəhd və 24 il əvvəl daha bir azərbaycanlının qətlində əli olmaqda şübhəli bilinərək Yekaterinburqda azərbaycanlı sahibkarların bütöv bir klanının evlərinə Rusiya təhlükəsizlik qüvvələrinin amansızcasına gecə basqın etməsi, iki ailə üzvünün qeyri-insani işgəncələrlə qətlə yetirilməsi və başqalarına ağır xəsarətlər yetirməsi də eyni zəncirin bağıdır.

Lakin Rusiyanın Azərbaycanı qorxutmaq planları baş tutmamışdı. Ölkə ictimaiyyəti və rəhbərliyi həmişə olduğu kimi xarici təsirlərə - Rusiya hüquq-mühafizə orqanlarının orada yaşayan, "ikinci dərəcəli" insanlar kimi qəbul edilən azərbaycanlılara qarşı qanunsuz hərəkətlərinə qarşı vahid cəbhə ortaya qoydu. Məlum olduğu kimi, Azərbaycan etiraz notası verib, Rusiya Federasiyası ilə bütün dövlətlərarası və parlamentlərarası əlaqələri dayandırıb, dövlət səviyyəsində üzr istəyənə, günahkarların istintaqına başlanana və onlar cəzalandırılana qədər bütün əlaqələr dayandırılıb.

Tarix təkrarlandı, lakin ikitərəfli münasibətlər üçün dekabrda Azərbaycanın sərnişin təyyarəsinin Rusiya hava hücumundan müdafiəsi tərəfindən vurulmasından və 38 sərnişinin ölümündən sonra olduğundan daha dağıdıcı formada oldu. Rusiya yenə də nəinki üzr istəmədi, heç bir tədbir görmədi, hətta onların daxili işlərinə qarışmağa cəsarət edən, öz keçmiş “vassalını” ittiham edən şəxsə qarşı bütün sürəti ilə təbliğat maşınını işə saldı, eyni zamanda, insanlar arasında ksenofobiya hisslərini qızışdırdı. Və Xarici İşlər Nazirliyi (XİN), hətta Kreml də aparılan istintaq tədbirlərinin normal olması ilə bağlı fikirlər səsləndirməyə başlayıb.

Hansı ki, artıq Moskvanın məqsədləri barədə müəyyən fikirlər yaranmışdı. Xarici işlər naziri Sergey Lavrovun Rusiyanı danışıqlar prosesindən kənarlaşdıracağı ilə bağlı bəyanatı daha dolğun idi. Üstəlik, o, ABŞ və Aİ-nin bu istiqamətdəki cəhdlərini “regionda təhlükəsizlik təhdidlərinin artması” kimi qiymətləndirib. O aydınlaşdırdı: “Biz hesab edirik ki, sülh prosesini regional paradiqmada, dostlar dairəsində – Cənubi Qafqaz ölkələrində və qonşu tərəfdaş dövlətlərdə, kənardan destruktiv müdaxilə istisna olmaqla, möhkəmləndirmək vacibdir”.

Rusiya XİN-in 4-cü departamentinin rəhbəri Dmitri Masyuk da bunu açıq şəkildə bəyan edərək qeyd edib ki, Qərb Rusiyanı Bakı ilə İrəvan arasında normallaşma prosesindən sıxışdırıb çıxarmağa çalışır. Rusiyalı diplomat onu da qeyd edib ki, Moskvanın fikrincə, dayanıqlı nizamlanma yalnız “2020-2022-ci illərdə Rusiyanın iştirakı ilə əldə edilmiş üçtərəfli razılaşmalar çərçivəsində” mümkündür. Hansı ki, Rusiyanın hər zaman, hətta iştirak edərkən belə, pozmağa çalışdığı sülh danışıqlarından kənarda qalmasının Rusiyanın danışıqları pozmağa, irəliləyişin qarşısını almaq üçün həm Ermənistan, həm də Azərbaycanda sabitliyi pozmağa cəhd etməsinin əsas səbəbi olduğu fikrini təsdiqlədi.

Paşinyanın Ankara səfəri və Ərdoğanla danışıqları Rusiyanın ABŞ-ın Cənubi Qafqaza nəzarəti ələ keçirmək üçün Türkiyə ilə tərəfdaşlıq etmək niyyəti ilə bağlı fərziyyələrini gücləndirdi və bunun əhəmiyyəti İran və İsrail arasında 12 günlük müharibə zamanı daha da aydın oldu. Və Bakı və İrəvanın “İbrahim razılaşmaları”na dəvət edilməsi ilə bağlı danışıqlar Moskvanı narahat etməyə bilməzdi.

ABŞ nəhayət, regional güc balansını dəyişdirmək və “şər oxunu” - Rusiya və İranı regional təhlükəsizliyin təmin edilməsini tələb edən qlobal nəqliyyat layihələrindən kənarda saxlamaq üçün Cənubi Qafqazın və Orta Dəhlizin strateji əhəmiyyətini gördü. Mahiyyət etibarı ilə Rusiyanın əsrlər boyu bir-birinə qarşı qoyduğu Türkiyə, Ermənistan və Azərbaycan indi ABŞ-ın fəal dəstəyi ilə Rusiyanın təsirinə açıq şəkildə meydan oxuyan yeni regional ox təşkil edir. Və Moskva artıq bunun öhdəsindən gələ bilmir.

Paşinyanın Ermənistanı öz gələcəyini Türkiyə və Azərbaycanla ittifaqda görür, hətta erməni diasporuna ümidin də boş olduğunu anlayır. Yardım gözləmək üçün heç bir yer yoxdur və Rusiyanın dağıdıcı rolunu dərhal olmasa da, anlamaq bacarığı ermənilərə gəlib çatıb. Paşinyan Rusiyanın həyətyanı bağçası kimi yaşayaraq, iqtisadiyyatı ilə yanaşı gələcəyini də ruslara icarəyə verməyə razılaşmadı. O, regional layihələrdən təcrid olunmuş və Rusiyanın kölgəsində, Azərbaycanla yeni münaqişə riskləri ilə bağlı əbədi qorxu içində yaşamaqdansa, keçmiş düşmənlərlə əməkdaşlığı üstün tutub.

Doğurdan da, Yaradanın hikmətinə şübhə ola bilməz...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://ayna.az
archiveBu xəbər 04 İyul 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri