Icma.az
close
up
RU
Kremlin yeni taktiki kurs seçimi

Kremlin yeni taktiki kurs seçimi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Moskva xarici siyasətdə Avropa diktəsinə qəti şəkildə müqavimət göstərən Tbilisi ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə açıqdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Diplomat KİV nümayəndələri üçün keçirdiyi brifinqdə qeyd edib ki, Gürcüstan hakimiyyəti, görünür, ölkənin suverenliyinin və ləyaqətinin bərpası istiqamətində seçim edib. Sonra əlavə edib ki, Rusiya Gürcüstan rəhbərliyinin xaricdən edilən diktəyə son qoymaq cəhdlərini anlayışla qarşılayır. “Qarşılıqlı fayda gətirən və qarşılıqlı hörmət prinsipləri əsasında qurulan əməkdaşlığın genişləndirilməsi üçün Moskva açıqdır”, – deyə o vurğulayıb.

Bu bəyanat fonunda Rusiyanın Gürcüstana münasibətində müşahidə olunan ritorik dəyişikliklər diqqətdən yayınmır. Uzun illər Moskvanın Cənubi Qafqaz siyasətinin əsas istiqamətlərindən biri Gürcüstanın ərazi bütövlüyünün pozulması nəticəsində formalaşmış status-kvonun qorunması, separatçı rejimlərin dəstəklənməsi və Tbilisinin Qərbə inteqrasiyasının məhdudlaşdırılması olub. Lakin son vaxtlar Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələrinin çıxışlarında fərqli ton hiss edilir. Gürcüstan artıq əvvəlki kimi tənqid hədəfi deyil, daha çox “suveren siyasət” yürüdən və Qərbin təzyiqlərinə müqavimət göstərən dövlət kimi təqdim olunur.

Bu isə mühüm bir sual doğurur: Moskva həqiqətənmi uzun illər əsaslandığı neoimperialist yanaşmadan uzaqlaşmağa başlayır, yoxsa bu dəyişiklik, sadəcə, yeni taktiki manevrdir? Bu sualın cavabı yalnız Rusiya–Gürcüstan münasibətlərini deyil, bütövlükdə, Cənubi Qafqazın gələcək siyasi mənzərəsini anlamaq baxımından da əhəmiyyətlidir.

Qeyd etmək lazımdır ki, Rusiyanın postsovet məkanında yürütdüyü siyasət uzun müddət “məhdud suverenlik” konsepsiyasına əsaslanıb. Moskva keçmiş sovet respublikalarını öz təsir dairəsinin ayrılmaz hissəsi hesab edir və onların xarici siyasət kursuna təsir göstərməyə çalışırdı. Gürcüstanla 2008-ci il müharibəsi, eləcə də Ukraynada 2014-cü ildə başlayan və 2022-ci ildə tammiqyaslı müharibəyə çevrilən proseslər bu siyasətin bariz nümunələridir.

Lakin Ukrayna müharibəsi Rusiyanın imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Hərbi, iqtisadi və diplomatik resursların böyük hissəsinin bu istiqamətə yönəldilməsi Kremlin postsovet məkanındakı təsir imkanlarını zəiflədib. Eyni zamanda, Ermənistanın Moskvanın təhlükəsizlik çətirindən uzaqlaşaraq Qərblə əlaqələrini genişləndirməsi də Rusiyanın Cənubi Qafqazdakı mövqelərinə zərbə vurub.

Belə şəraitdə Gürcüstan Moskva üçün artıq əvvəlki kimi “cəzalandırılmalı qonşu” deyil, regionda qorunması vacib olan son təsir kanallarından biri kimi görünür.

***

Kremlin son bəyanatlarında Gürcüstanın xarici siyasət kursuna hörmət ifadə olunması və Tbilisinin “suveren seçim” etdiyinin vurğulanması bu geosiyasi reallığın nəticəsi kimi dəyərləndirilə bilər. M.Zaxarovanın son çıxışları bu dəyişimin simvolik göstəricilərindəndir. Əvvəllər Gürcüstanla bağlı açıqlamalarda tez-tez qabardılan separatçı bölgələr mövzusu bu dəfə demək olar ki, gündəmə gətirilməyib.

Diqqətçəkən məqamlardan biri də budur ki, bu ritorika Kremlin son illər önə çıxardığı “ənənəvi dəyərlər”, “milli suverenlik” və “mədəni özünəməxsusluq” diskursu ilə üst-üstə düşür. Moskva Gürcüstanı geosiyasi rəqibdən daha çox, Qərbin təsirinə qarşı müqavimət göstərən potensial tərəfdaş kimi təqdim etməyə çalışır. Hazırkı mərhələdə Rusiya üçün Gürcüstanın tamamilə Qərb düşərgəsinə inteqrasiyasının qarşısını almaq və onu balanslaşdırılmış siyasət yürütməyə təşviq etmək daha real məqsəd təsiri bağışlayır.

Bununla belə, Moskva Gürcüstanın ərazi bütövlüyü ilə bağlı fundamental problemlər barədə susmağa üstünlük verir. Halbuki Gürcüstan üçün əsas təhlükəsizlik və suverenlik məsələsi Abxaziya və Cənubi Osetiya bölgəsinin statusu olaraq qalır. Rusiya rəsmilərinin son bəyanatlarında bu mövzunun kənarda saxlanılması təsadüfi deyil. Çünki məhz həmin məsələ Moskvanın region siyasətinin mahiyyətini və onun neoimperialist yanaşmadan nə dərəcədə uzaqlaşıb-uzaqlaşmadığını müəyyənləşdirən əsas göstəricidir.

Bu səbəbdən Kremlin ritorikasındakı yumşalmanı hələlik Cənubi Qafqaza yönəlik siyasətinin mahiyyətində dəyişiklik kimi qiymətləndirmək çətindir. Görünən odur ki, Moskva dəyişən geosiyasi şəraitə uyğun yeni taktiki kurs formalaşdırmağa çalışır. Əgər Rusiya həqiqətən də Gürcüstanın suverenliyinə və milli maraqlarına hörmət etdiyini nümayiş etdirmək istəyirsə, bunun əsas göstəricisi bəyanatlar deyil, konkret addımlar-ərazi bütövlüyünün tanınması olmalıdır. Hələlik isə belə addımlar müşahidə olunmur.

Əksinə, Rusiya Gürcüstan ərazilərinin bir hissəsində hərbi mövcudluğunu davam etdirir, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq qərarını geri götürməyib, gürcü qaçqınların geri qayıtması, beynəlxalq hüququn bərpası və ya işğal olunmuş ərazilərin gələcəyi ilə bağlı yeni təşəbbüslər də gündəmdə deyil. Bu baxımdan Kremlin ritorikasındakı yumşalma strateji dönüşdən çox, dəyişən geosiyasi şəraitin diktə etdiyi taktiki adaptasiyadır. Neoimperializm başqa dövlətlərin daxili və xarici siyasətinə təsir göstərmək, onların ərazilərinə nəzarət etmək və suverenliklərini məhdudlaşdırmaq cəhdi kimi başa düşülürsə, Moskvanın bu siyasətdən imtina etdiyini təsdiqləyən konkret addımlar hələlik görünmür.

Bununla bağlı gürcüstanlı politoloq Vüqar İsayev XQ-yə bildirdi ki, Rusiya Xarici İşlər Nazirliyinin son açıqlamaları ilk baxışdan Moskvanın Cənubi Qafqaz siyasətində ciddi dəyişikliklərə getdiyi təəssüratı yaratsa da, əslində söhbət neoimperialist siyasətdən imtinadan deyil, dəyişən geosiyasi reallıqlara uyğunlaşmaq cəhdindən gedir: “Rusiyanın Gürcüstanın ərazi bütövlüyü ilə bağlı mövqeyində fundamental dəyişiklik görünmür. Buna görə də Moskvanın son mesajları daha çox taktiki xarakter daşıyır”.

Politoloq hesab edir ki, əgər Rusiya həqiqətən də neoimperialist yanaşmadan uzaqlaşmaq niyyətindədirsə, bunu bəyanatlarla deyil, konkret addımlarla sübut etməlidir. Onun fikrincə, Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyinin” tanınmasının yenidən nəzərdən keçirilməsi, gürcü qaçqınların təhlükəsiz qayıdışına şərait yaradılması, işğal olunmuş ərazilərdə hərbi mövcudluğun mərhələli şəkildə azaldılması və Tbilisi ilə ərazi bütövlüyü məsələsində birbaşa siyasi dialoqun başlanması real addımlar ola bilər: “Bu addımlar atılmadan “suverenlik”, “milli ləyaqət” və “qarşılıqlı hörmət” haqqında səsləndirilən fikirlər daha çox diplomatik jest təsiri bağışlayır. Ona görə də hazırkı mərhələdə Moskvanın neoimperialist iddialardan əl çəkdiyini deyil, dəyişən regional şəraitə uyğun yeni taktiki davranış modeli formalaşdırdığını söyləmək daha doğru olar”.

Beləliklə, Moskvanın yeni mesajları strateji dönüşdən deyil, zəifləyən imkanlar fonunda təsirini qorumağa yönəlmiş praqmatik və taktiki manevrdən xəbər verir. Neoimperialist siyasətdən real imtinanın ölçüsü isə sözlər deyil, ilk növbədə, Gürcüstanın ərazi bütövlüyü ilə bağlı atılacaq konkret addımlar olacaq.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyun 2026 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see448

Qarpız zəhərlənməsi: “Bu il...”

29 İyul 2026 13:10see336

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

29 İyul 2026 14:21see300

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

29 İyul 2026 15:55see292

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

29 İyul 2026 13:16see289

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

29 İyul 2026 10:57see256

Beyləqan Xəstəxanasında yeni təyinat

29 İyul 2026 14:00see251

Xırda məmurlar Prezidentə qarşı: Qayıbov, Qurbanov, Nəsirli. Sırada kim var?

29 İyul 2026 12:25see248

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see239

Azərbaycanın maliyyə sistemi sağlam və möhkəmdir

29 İyul 2026 11:54see237

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see236

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

29 İyul 2026 05:59see222

Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

30 İyul 2026 13:03see212

Penza vilayətində Wildberries anbarına PUA hücumu olub, xəsarət alan var

30 İyul 2026 08:05see211

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

30 İyul 2026 00:07see209

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see191

Rəşad Sadıqov: Rəqibin planı barədə məlumatımız yoxdur”

29 İyul 2026 15:23see188

167 milyon dollarlıq lotereya udan şəxs həbs edildi

29 İyul 2026 16:14see181

Kürd mərkəzi üç siyasətçidən DTX yə şikayət etdi

30 İyul 2026 00:58see180

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri