Icma.az
close
up
RU
Kremllə İrəvan arasında QIRĞIN: Paşinyana “qorxaq” dedi KONKRET

Kremllə İrəvan arasında QIRĞIN: Paşinyana “qorxaq” dedi KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Rusiya Dövlət Dumasının MDB İşləri üzrə Komitəsinin sədr müavini Konstantin Zatulin Ermənistanla ticarət-iqtisadi münasibətlərin yumşaldılması ehtimalı barədə danışıb. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan hakimiyyətdə olduğu müddətcə bu, baş verməyəcək.

KONKRET.az verdiyi xəbərə görə, parlament üzvü hökumət başçısını “qorxaq” adlandırıb.

Zatulin vurğulayıb ki, münasibətlərdəki bütün pisləşmə Moskvanın əleyhdarları ilə ittifaq qurmağa çalışan İrəvanın yürütdüyü siyasətlə bağlıdır.

Zatulin bildirib ki, dövri təmaslardan fərqli olaraq, Paşinyan hakimiyyətdə olduğu müddətcə heç bir yumşalma olmayacaq. O əlavə edib ki, Rusiya Ermənistanın şantajına təslim olmayacaq. Deputat həmçinin hesab edir ki, baş nazir uduzmaqdan qorxduğu üçün Avropa Birliyinə qoşulmaqla bağlı referendum keçirməyəcək.

Xatırladaq ki, Kreml lideri erməni baş naziri Moskvaya dəvət edib. Liderlərin müzakirəsinin əsas məzmununu referendum təşkil edəcək. Rusiya dövlət başçısı Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə Avropa Birliyi arasında seçim etməsini istəyir. Paşinyanın Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə verdiyi mesaj ondan ibarət idi ki, “biz daha sizin forpostunuz deyilik, bizim maraqlarımızı nəzərə alın”.

Bu gərginlik fonunda Paşinyan Fransada səfərdədir. O, Fransa pezidenti Emmanuel Makronla görüşəcək. Bu arada, Paşinyan komanda üzvlərinə anti-Rusiya bəyanatlarını müvəqqəti olaraq dayandırmaq barədə ciddi göstəriş verib. Bu barədə “İravunk” Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasındakı mənbələrə istinadla məlumat yayıb. Nəşr Ermənistan hökumətinin başçısının komanda yoldaşlarında dediyi sözlərdən sitat gətirib: “Gedib-qayıdım, sonra son yolu (yekun xarici siyasət kursunu – red.) müəyyən edəcəyik. İndi nə bu tərəf, nə də o tərəfdir”.

Görünən budur ki, Ermənistan hakimiyyəti strateji seçimlə bağlı qərar verənə qədər Moskva onun yaxasından əlini çəkməyəcək. Erməni məhsullarına qadağa, iqtisadi təzyiqlər daha da güclənəcək. Qarşıda isə qazın qiymətinin qaldırılması gəlir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Sentyabr 2026 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri