Krımda yanacaq və işıq böhranı dərinləşir Əhaliyə TƏCİLİ ÇAĞIRIŞ VİDEO
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Krımın qondarma rəhbəri Sergey Aksyonov yarımadada bir neçə həftədir davam edən kəskin yanacaq və elektrik enerjisi böhranı ilə bağlı yerli sakinlərə müraciət edib. O, Krım sakinlərini səbrli olmağa çağıraraq yaxın gələcəkdə yanacaq tədarükündə kütləvi artımın olmayacağını etiraf edib.
Bizim.Media xəbər verir ki, bu barədə regional KİV-lər məlumat yayıb.
Aksyonov öz "Telegram" kanalında bildirib ki, hazırda pərakəndə satışda böyük həcmdə yanacaq qıtlığı var və yaxın vaxtlarda satışa geniş həcmdə benzin daxil olmayacaq. Sevastopol qubernatoru Mixail Razvojayev isə yanacaq məhdudiyyətlərinin ən azı daha bir ay davam edə biləcəyini qeyd edib.
Qeyd edək ki, iyunun 21-dən etibarən yarımadadakı bütün yanacaqdoldurma məntəqələrində mülki şəxslərə həm sərbəst, həm də talonla benzin satışı tamamilə dayandırılıb.
Yanacaq yalnız dövlət və operativ xidmətlərə verilir. Logistika xərclərinin kəskin artması səbəbindən özəl yanacaqdoldurma şəbəkələrində qiymətlər də kəskin bahalaşıb. İyunun 26-da Krımda hərbi zərbələr fonunda yaranmış bu böhranla əlaqədar regional xarakterli fövqəladə vəziyyət (FV) rejimi elan olunub.
Yanacaqla yanaşı, yarımadada elektrik enerjisinin verilməsində də ciddi problemlər və kəsintilər yaranıb. Sakinlər işığın qeyri-bərabər və ədalətsiz paylanmasından kütləvi şəkildə şikayət edirlər.
Aksyonov elektrik problemi ilə bağlı "rəqibə qarşı mübarizəni" (Ukrayna ordusunun energetika obyektlərinə zərbələrini) və bəzi yarımstansiyaların texniki vəziyyətini əsas gətirib.
O, vəziyyətin bir neçə gün ərzində nisbətən tənzimlənəcəyini və qrafiklərin ədalətli qurulacağını vəd etsə də, ümumi məhdudiyyətlərin qalacağını bildirib.
Bizim.Media
Baxış sayı:109
Bu xəbər 30 İyun 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















