Kriminal dairələrin maliyyələşdirilməsində şübhəli bilinən YÜZDƏN ÇOX ŞƏXS SAXLANILIB
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstanda 118 nəfər hədə və kriminal dairələrin maliyyələşdirilməsində şübhəli bilinərək saxlanılıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Departamentinin nümayəndəsi Kuandık Alpıs məlumat verib.
Onun sözlərinə görə, Qazaxıstanın DİN və Milli Təhlükəsizlik Komitəsi prokurorluq orqanlarının koordinasiyası ilə ölkənin 10 regionunda eyni vaxtda genişmiqyaslı və uzunmüddətli xüsusi əməliyyatı başa çatdırıb.
"100-dən çox axtarış tədbiri həyata keçirilib. Üç ədəd Kalaşnikov avtomatı, iki travmatik tapança, müxtəlif çaplı çoxlu sayda döyüş sursatı, 11 kq-dan çox narkotik vasitə, mobil cihazlar və "qara" sənədlər götürülüb. Əməliyyat tədbirləri davam edir", - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 22 Yanvar 2025 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















