Icma.az
close
up
RU
Kriptovalyutası olanların nəzərinə Mühüm qərar verildi

Kriptovalyutası olanların nəzərinə Mühüm qərar verildi

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın son tarif qərarlarından sonra müzakirə edilən məsələlərdən biri də kriptobazarlarla bağlıdır. Bildirilir ki, əksəriyyət panikaya düşərək əllərindəki aktivləri satmağa çalışır. Bu da bazarda enişlərə səbəb olur.

Kriptovalyutası olan vətəndaşlar nə etməlidir? Proses necə davam edəcək?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, hazırda kriptobazarda satış təzyiqi müşahidə olunur:

“Bu, əsasən riskli aktivlərdən kapitalın çıxması ilə bağlıdır. Habelə, geosiyasi və makroiqtisadi qeyri-müəyyənliklər var. Nəticədə kripto bazarda ciddi enişlər mövcuddur. Fikrimcə, hələ ki bazar volatilliyi yüksək olaraq qalacaq. Baş verən hadisələr tam soyumayıb. Düzdür, ABŞ Prezidenti Donald Tramp bəzi ölkələr üçün gömrük rüsumları ilə bağlı qərarını 90 gün ertələdi. Buna baxmayaraq, vəziyyət eyni olacaq. Söhbət qısa müddətdən gedir. Uzun dövrdə isə bazar əsas fundamental amillərdən asılıdır. Məsələn, ABŞ dollarının dəyərinin dəyişəcəyi gözlənilir. Yeni tənzimləmə qərarları, qızıla tələbat və sair kriptovalyuta bazarına təsir edəcək. Hazırda bazarda qorxu dərəcəsi yüksəkdir. Məhz buna görə kripto dibə düşüb. Adətən belə hallarda məsləhət görürlər ki, onu alsınlar. Çünki sonrakı mərhələdə aktivlərin qalxma ehtimalı var. Lakin bu, zəmanətli deyil”.

Elçin Rəşidov

İqtisadçı bildirib ki, qiymətlər enməzdən əvvəl satış edənlər udub:

“İnsanlar məsələyə uzunmüddətli baxmalıdırlar. Qısamüddətli və duyğusal qərarların nəticəsi yaxşı olmur. ABŞ-ın mümkün faiz qərarları, dolların qiymətinin dəyişməsi, o cümlədən gələcəkdə dünya iqtisadiyyatının kiçilməsi gözlənilir. Bunlar nəzərə alınmalıdır. Eyni zamanda digərlərinin panikaya düşərək satış etməsi kriptoların qiymətinin daha da enməsinə şərait yarada bilər. İnvestisiya portfelini diversifikasiya etmək məsləhətdir. Onlar daha az riskə məruz qalır. Aşağı risk eyni zamanda aşağı gəlir gözləntisi deməkdir. Amma ən azından bu, itkilərdən qoruyur, portfelin volatilliyini aşağı salır. Mümkün qədər soyuqqanlı qalaraq məsələni uzunmüddətli izləmək və qərar vermək lazımdır”.

Günay Rəsulqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Aprel 2025 04:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri