Icma.az
close
up
RU
Kroos: Real da Flikə gülərdilər

Kroos: Real da Flikə gülərdilər

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniya millisinin və "Real"ın sabiq futbolçusu Toni Kroos "Barselona"nın baş məşqçisi Hans-Diter Flikin iş metodları barədə danışıb.

QOL.az xəbər verir ki, o, "Einfach mal Luppen" podkastında deyib: 

"Hansi Flikin məşqçiliyi altında bəzi "Barselona" futbolçuları gecikdiklərinə görə cəzalandırıldı. Bu fərqli fəlsəfələrdir. "Real"da isə buna gülərdilər. Orada çox vaxt məlum olmurdu, kim gecikir — futbolçu, yoxsa məşqçi. Beş dəqiqə gecikdiyinə görə kiminsə oynamasına icazə verməmək — bu tamam fərqli bir yanaşmadır. Fərqli yanaşmalar var və hər ikisi də nəticə verir. Deyə bilərik ki, Flikin yanaşması tipik alman mentalitetidir". 

Qeyd edək ki, daha öncə mediada məlumat yayılmışdı ki, Flik qapıçı İnyaki Penya və müdafiəçi Jul Kundeni gecikdiklərinə görə cəzalandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://qol.az
archiveBu xəbər 12 İyun 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri