Icma.az
close
up
RU
Krunoslav Renduliç: Mançester Siti də 5 oyundur məğlub olur

Krunoslav Renduliç: Mançester Siti də 5 oyundur məğlub olur

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bura qələbə üçün gəlmişdik. Təəssüflər olsun ki, buna müvəffəq olmadıq. Buna baxmayaraq, futbolçularıma təşəkkür edirəm. İlk hissədə daha yaxşı ola bilərdik. Son ötürmələrdə çatışmazlıq var idi. İkinci hissənin əvvəlində qol buraxdıq. Bu vəziyyətdən çıxmaq asan deyil. Futbolçularım təslim olmadılar. Bilirdik ki, çətin oyun olacaq. "Turan Tovuz" fiziki cəhətdən yaxşı komandadır. Birinci hissədə ikili mübarizələrdə rəqibə uduzurduq".

Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 14-cü turunun "Turan Tovuz"la oyunundan sonra mətbuat konfransında deyib. 

O, jurnalistlərin suallarını cavablandırıb.

- Xal fərqinin artması sizi narahat etmir?

- Əlbəttə ki, bizi çox narahat edir. Yeddi oyundur ki, qalib gələ bilmirik. Üçüncü yerlə aramızda 8 xallıq fərq var. Böyük də görünə bilər, kiçik də. Necə yanaşmağımızdan asılıdır. Qələbə seriyasını yaxaladıqdan sonra fərqi aradan qaldıra bilərik. Bunun üçün potensialı var.

- Enişin qarşısını almaq üçün hansı planınız var?

- Oyunumuza eniş deməzdim. Layiq olduğumuz xallardan az toplamışıq. Performansla bağlı nəsə deyə bilmərəm. Xal qazana bilmədiyimiz isə aydındır.

- Bəxtsizliyi necə aradan qaldırmağı düşünürsüz?

- Bir çox oyunlarda fürsətləri dəyərləndirə bilmədik. "Qarabağ"la matçda 3 real şansımız var idi. "Zirə" və "Neftçi" ilə matçlarda da. Bu, futboldur. "Kəpəz"lə görüşdə yüz faizli epizodları vura bilmədik. Amma son saniyələrdə qapımızda qol gördük. "Mançester Siti" də 5 oyundur məğlub olur.

- Demişdiz ki, itirdiyimiz xallarla bağlı film çəkmək olar. Sizcə, həmin filmin baş rolunda kim olmalıdır?

- Elə hamımız. Son 6 matçda 12 real qol şansımız olub, cəmi 6 qol vurmuşuq. Rəqiblərimiz isə 4 vəziyyətdən 8 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://sport24.az
archiveBu xəbər 24 Noyabr 2024 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri