Icma.az
close
up
RU
KTMT toplantılarına qatılmayan Ermənistan, UkraynaRusiya müharibəsinin nəticələrini gözləyir

KTMT toplantılarına qatılmayan Ermənistan, UkraynaRusiya müharibəsinin nəticələrini gözləyir

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astanada keçiriləcək sammitində iştirak etməyəcək. Bunu Respublika Nazirlər Kabinetinin rəhbərinin mətbuat katibi Nazeli Baqdasaryan deyib. Onun sözlərinə görə, Ermənistanın KTMT üzvlüyünün dondurulması ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Eyni fikri ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan da bildirib. Bundan əvvəl Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev Ermənistanın sammitdə iştirakdan imtina etdiyini açıqlamışdı. Tədbir noyabrın 28-də Qazaxıstanın paytaxtı - Astanada baş tutacaq.Ermənistanın KTMT iclasında iştirak etməkdən imtina etməsi, KTMT də fəaliyyətini dondurmasını tamamilə Rusiyadan imtinası kimi qəbul etmək olarmı?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, artıq iki ildən artıq bir müddət Ermənistan KTMT-nin toplantılarına qatılmır.

Oqtay Qasımov

“Ermənistanın növbəti dəfə KTMT-nin toplantısına qatılmaması və qərarlara veto qoymayacağı ilə bağlı məlumatlar ondan xəbər verir ki, Ermənistan bir formada təhlükəsizlik sferasında Rusiyadan uzaqlaşmağa çalışsa da və bunu Qərblə əlaqədar kompensasiya etmək istəsə də, digər istiqamətlərdə Rusiya ilə münasibətlərin qorunmasında maraqlıdır. KTMT-də iştirak etməmək o demək deyil ki, bu qurumdan rəsmən çıxıb. Əslində Ermənistan, Ukrayna-Rusiya savaşının nəticələrini gözləməkdədir. Bu, açıq şəkildə Paşinyan tərəfindən ifadə olunub. Son dövrlər Rusiya-Ukrayna savaşında "üstünlük" Rusiya tərəfinə keçdiyi üçün Ermənistan daha ehtiyyatlı davranmağa çalışır. Son bir neçə ayda Paşinyanın həm Moskva, həm Kazan səfərləri Rusiya ilə daha ehtiyyatla davranması onu göstərir ki, Ermənistan Rusiya ilə münasibətləri tamamilə qoparmaq niyyətində deyil, buna imkanı da yoxdur”-deyə Oqtay Qasımov qeyd edib.

Politoloq əlavə edib ki, Ermənistan iqtisadiyyatının və ticarət dövriyyəsinin təxminən yarısı Rusiyanın payına düşür ki, bu da kifayət qədər böyük rəqəmdir. Oqtay Qasımov vurğulayıb ki, son 3 ilə yaxın bir müddətdə - savaş başlayandan sonra Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 6 dəfə artıb. Bu da Ermənistanın Rusiyanı sanksiyalardan yayındırmaq məqsədinə xidmət edir və bu siyasət hesabına Ermənistan külli miqdarda vəsait qazanmaqdadır.

“Ermənistanın Rusiyadan qopması mümkün deyil. Ermənistan iqtisadiyyatının ən strateji nöqtələri Rusiyanın nəzarətindədir. Atom Elektrik Stansiyası, enerji sektoru, dəmiryolu və s. Eyni zamanda ticarətinin yarısı da Rusiyanın payına düşür. Bu baxımdan Ermənistanın KTMT-nin toplantılarında iştirak etməməsi Ermənistanın Rusiyadan qopması kimi dəyərləndirilməməlidir. Ermənistan istəsə də, Rusiyadan qopmaq imkanı yoxdur”-deyən politoloq bildirib ki, Ermənistanın Türkiyə və İranla sərhədləri Rusiya sərhədçiləri tərəfindən qorunur. Rusiyanın Gümrüdə hərbi bazası da fəaliyyətini davam etdirir. Bu baxımdan yaxın gələcək üçün Ermənistanın Rusiyadan qopması mümkün deyil.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Noyabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri