Icma.az
close
up
RU
Moskvanın sərt şərtləri: sülh prosesini uzatmaq, yoxsa mövqe sərtləşdirmək?

Moskvanın sərt şərtləri: sülh prosesini uzatmaq, yoxsa mövqe sərtləşdirmək?

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Ukraynaya qarşı müharibənin tənzimlənməsi ilə bağlı öz tələblərinə uyğun olmayan heç bir razılaşma istəmir. Kremlin güzəştə getməyəcəyi üç maddə var.

Bunu “NBC Nyus” Avropa və ABŞ-ın Ukrayna üzrə siyasətinə bələd olan, adının açıqlanmasını istəməyən rusiyalı rəsmiyə istinadən yazıb.

Qeyd olunur ki, Rusiya rəhbəri Vladimir Putin planlarını gizlətmir, bu planlara bütün Donbasın ələ keçirilməsi və Ukraynanın demilitarizasiyası daxildir ki, bu da ölkəni faktiki olaraq müdafiəsiz qoyacaq:

“Üç prinsip var ki, onlar üzrə biz güzəştə getmərik.

Birincisi, Donbas ərazisi.

İkincisi, Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılması.

Üçüncüsü, işğal edilmiş ərazilərin Amerika və Avropa tərəfindən tanınması”, – deyə rusiyalı rəsmi bildirib.

O qeyd edib ki, Moskvanın güzəştə getməyə hazır olduğu məsələlər də var. Bunlardan biri Avropada dondurulmuş Rusiya aktivləridir.

Ümumiyyətlə, Rusiyanın “üç prinsip üzrə güzəşt etməyəcəyik” açıqlaması nə deməkdir? Bu, real danışıqlar üçün qapını bağlamaqdır, yoxsa maksimum tələblərlə mövqe sərtləşdirmək cəhdidir?

Rusiyanın danışıqlarda “güzəşt olunmaz üç prinsip” irəli sürməsi əslində Moskvanın sülhə açıq olduğunu göstərməkdən çox, öz mövqeyini sərtləşdirərək prosesə psixoloji üstünlük qazanmaq cəhdidir. Bu bəyanat həm diplomatik, həm də strateji məqsədlərə xidmət edir.

Üstəlik, Rusiya çox yaxşı bilir ki, Qərb və Ukrayna bu üç şərti qəbul etməyəcək. Buna baxmayaraq Moskvanın bu tələbləri elan etməsi danışıqlara real imkan yaratmaq yox, sazişin çərçivəsini öncədən müəyyənləşdirmək məqsədi daşıyır.

Bu, diplomatiyada “maksimum tələb strategiyası” adlanır. Əvvəlcə ən sərt şərtlər irəli sürülür, sonra isə “güzəşt” adına kiçik dəyişikliklər təqdim edilərək qarşı tərəfdən daha çox imtiyaz almağa çalışılır.

Digər tərəfdən, Putin rejimi üçün daxili legitimlik ən azı hərbi ritorikanın sərtliyi ilə qorunur. Bu tələblər Rusiya cəmiyyətinə verilən siyasi siqnaldır:

“Biz geri çəkilməyəcəyik, nə əldə etmişiksə, özümüzünküləşdirəcəyik”

Bu açıqlama həm də Rusiya elitalarına daxili sədaqət mesajıdır.

Günay

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Dekabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri