KTN də dəyişiklik: nazir direktoru çıxardı Vəzifənin icrasını elə adama həvalə etdi ki..
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Azəraqrar Dövlət İstehsalat və Emal Birliyinin baş direktoru vəzifədən azad olunub.
Bu barədə Mia.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, ötən həftə nazir Məcnun Məmmədov Birliyin direktoru Fəda Abbasovu vəzifədən azad edib.
Nazir digər əmrlə sözügedən vəzifəsinin icrasını Azəraqrar Dövlət İstehsalat və Emal Birliyinin Abşeron Regional İdarəsinin müdiri Mühasir Abdullayevə tapşırıb.
Maraqlıdır ki, yeni rəis əvəzinin bu sahəyə tamamilə yad olduğu deyilir. Onun tamamilə fərqli bir sahədən 2 ay əvvəl Abşeron Regional İdarəsinə rəhbər gətirildiyi bildirilir.
Samir MUSAYEV
MİA.AZ
Baxış sayı:63
Bu xəbər 20 Noyabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















