Kubanın elektrik enerjisi sistemi yenidən çökdü
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Avqustun 2-si axşam saatlarında Kubanın elektrik enerjisi sistemi yenidən tamamilə sıradan çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kubanın dövlət enerji şirkəti məlumat yayıb.
Şirkətin "Telegram" kanalında dərc olunan bəyanatda qeyd olunub ki, saat 22:43-də (Bakı vaxtı ilə 3 avqust 06:43 - red.) milli elektrik enerjisi sisteminin (SEN) tamamilə kəsilməsi baş verib.
Avqustun 1-də SEN qismən fəaliyyətini dayandırıb və nəticədə Kubanın qərb, eləcə də mərkəzi bölgələrində yerləşən bir neçə əyalət işıqsız qalıb.
Qeyd edək ki, iyul ayında sözügedən sistem səkkiz gün ərzində üç dəfə çöküb. Kuba hökuməti adanın energetika sektorundakı bu böhranlı vəziyyətin əsas səbəbi kimi ABŞ rəhbərliyinin uzun illərdir davam edən ticarət, iqtisadi və maliyyə embarqosunu, həmçinin Vaşinqtonun bu ilin əvvəlindən sərtləşdirdiyi birtərəfli sanksiyaları, o cümlədən yanacaq blokadasını göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 03 Avqust 2026 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















