Kubanın kommunikasiya nazirinin müavini: Azərbaycanla bir çox istiqamətlərdə əməkdaşlığı genişləndirə bilərik
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 18 noyabr, Pərvanə Qafarova, AZƏRTAC
Kuba ilə Azərbaycan arasındakı dostluq münasibətləri xalqlarımızın oxşar dəyərlərinə və qarşılıqlı hörmətə əsaslanır. Bakıda keçirilən WTDC-25 tədbiri çox uğurlu alınıb, təşkilatçılıq yüksək səviyyədədir. Azərbaycana bu fürsət üçün təşəkkür edirik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Kubanın kommunikasiya nazirinin müavini Ailyn Febles deyib: “Bakı çox gözəl şəhərdir, bizi çox yüksək səviyyədə qarşıladılar. Şəhər işıqlıdır və dinamik şəkildə inkişaf edib. Burada özümüzü çox rahat və xoş hiss edirik. Azərbaycanlıların göstərdiyi qonaqpərvərlik bizi çox sevindirdi”.
Ailyn Febles COP29-da şəxsən iştirak etmədiyini, lakin onun nəticələri ilə yaxından tanış olduğunu da qeyd edib: “Azərbaycanın COP29-da irəli sürdüyü bütün təkliflər və əldə olunan nəticələrə bələdəm. Qarşıya qoyulan hədəflərin ardıcıl şəkildə yerinə yetirildiyini görmək çox sevindiricidir”.
Kubalı nazir müavini əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar var: “Biz ölkələrimiz arasında səhiyyə, təhsil və kommunikasiya sahələrində əməkdaşlıqdan faydalanmışıq. Hesab edirəm ki, bir çox istiqamətlərdə bu əməkdaşlığı daha da genişləndirə bilərik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 18 Noyabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















