Icma.az
close
up
RU
Küçə və meydan adlarının verilməsində əhalinin rəyi nəzərə alınsın DEPUTAT

Küçə və meydan adlarının verilməsində əhalinin rəyi nəzərə alınsın DEPUTAT

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prospekt, küçə, meydanlara ad verərkən dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.

Bu yanaşma Regional məsələlər komitəsinin bir neçə ay öncə keçirilən iclasında müzakirə olunan “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanun layihəsində öz əksini tapıb.

Qeyd edək ki, indiyədək prospekt, küçə, meydan və digər ərazi vahidlərinə ad verilməsi və adların dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilirdi. Yeni mexanizmlər isə bu prosesdə dövlət dili normalarının əsas prioritet kimi nəzərə alınmasını tələb edir.

Maraqlıdır, adların dil normalarına müvafiq yazılışı, hüquqi tələblərə uyğunlaşdırılması və bu prosesə nəzarət hansı qaydada aparılacaq?

Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə qeyd edib ki, 2022-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamı ilə paytaxtda küçə və prospekt adlarının verilməsi və dəyişdirilməsi məsələlərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb. Onun sözlərinə görə, komissiyanın tərkibinə şəhər və paytaxt rayon icra hakimiyyətlərinin məsul şəxsləri, həmçinin tarixçi və dilçi alimlər daxil edilib.

“Sonrakı mərhələlərdə komissiyanın qarşısında bir sıra vəzifələr qoyulub. Eyniadlı küçə və prospektlərin mövcudluğunun araşdırılması, adsız küçələrin müəyyənləşdirilməsi, uyğun olmayan adların dəyişdirilməsi və yeni adların verilməsi. Bütün bu məsələlər komissiyanın nəzarəti və ümumiləşdirməsi əsasında həyata keçirilməlidir.

Qeyd etmək lazımdır ki, Milli Məclisdə də “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna əlavələr və dəyişikliklər təklif olunub və həmin dəyişikliklər qəbul edilib”.

Deputat vurğulayıb ki, qüvvədə olan qanuna əsasən, prospekt, küçə və meydanlara adların verilməsi və dəyişdirilməsi həmin ərazi vahidinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməlidir:

“Adların müəyyən edilməsində dövlət dilinin normalarına əməl olunması xüsusi şəkildə tələb olunur.

Bu prosesə həm yerli icra hakimiyyətləri, həm də Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə yaradılmış müvafiq komissiya məsuliyyət daşıyır. Adverilmə və adların dəyişdirilməsi prosesi onların bilavasitə nəzarəti altında aparılmalıdır”,- deyə A.Əlizadə bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Noyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see184

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see173

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri