Küçədə yararsız vəziyyətdə qalan BMW yüksək vəzifəli şəxsin qardaşının imiş... FOTO
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dələduzluq ittihamı ilə həbs edilən Diasporla iş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovun müsadirə edən əmlaklarından biri də "BMW 750LI" markalı avtomobildir.
Milli.Az xəbər verir ki, 10-AA-320 dövlət qeydiyyat nişanlı avtomobil hazırda yararsız vəziyyətdədir. Təkərləri də olmayan maşın Yasamal rayonu ərazisində yerləşir.
Avtomobilin gələn ay dövlət hərracında satılacağı bildirilir.
Fotoda Sahib İbrahimov
Qeyd edək ki, S.İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 9 ay müddətə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə təqsirli bilinib. Hacı İbrahim Nehrəmlinin də qardaşı olan Sahib İbrahimov "STS", "UNİX" və "Sahil-D Kompani" şirkətlərinin rəhbəridir. /Teleqraf
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 14 Noyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















