Icma.az
close
up
RU
Küçələrdə sıxlığın aradan qaldırılması yolları: İş qrafiki dəyişdiriləcək? Kaspi nin ŞƏRHİ

Küçələrdə sıxlığın aradan qaldırılması yolları: İş qrafiki dəyişdiriləcək? Kaspi nin ŞƏRHİ

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda nəqliyyat axınını optimallaşdırmaq məqsədilə dövlət qurumları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən qrafikə əsasən tənzimlənəcək. Bu məsələdə iş saatları ilə bərabər, istirahət günlərinin dəyişdirilməsi də real hesab edilir.

Bakıda bəzi sahələr üzrə iş qrafikinin dəyişdirilməsi gündəmdədir. Belə ki, paytaxtın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan 2025-2030-cu illər üçün Dövlət Proqramında tıxacların aradan qaldırılması məqsədilə müəyyən işlərin görülməsi nəzərdə tutulub. Bu işlərdən biri də Bakıda nəqliyyat axınını optimallaşdırmaq məqsədilə dövlət qurumları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən iş qrafikinə əsasən tənzimlənməsidir. 2025-2026-cı illərdə dövlət və özəl sektorun, eləcə də təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişdirilməsi planlaşdırılır. Qeyd edək ki, bu yanaşma ABŞ, Avropa, Türkiyə və Rusiyada artıq geniş şəkildə tətbiq olunur və Bakıda həyata keçiriləcək dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Bu sistem effektli bir mexanizmdir"

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, yeni qərarda iş saatlarının həcmi eyni qalmaqla, yalnız vaxtlarda dəyişiklik ediləcək:

"Gözlənilir ki, işə başlama və iş vaxtının bitməsi saatları fərqli olacaq. Bu zaman bütün təşkilatlarda 9:00-18:00 iş rejimi tətbiq edilməyəcək. Müəssisənin, yaxud qurumun fəaliyyət göstərdiyi sektordan asılı olaraq, iş saatı müəyyənləşdiriləcək. Əmək Məcəlləsinə uyğun səkkiz saatlıq iş rejimi tətbiq ediləcək. Yəni yeni qərar iş saatlarının uzadılması və ya qısaldılması mənasında başa düşülməməlidir. Sadəcə, iş saatları dəyişdiriləcək".

V.Bayramovun sözlərinə görə, fərqli iş saatlarının tətbiq edilməsi bütövlükdə dövlət proqramının istiqamətlərindən biridir:

"Bunun tətbiqi ölkəmiz üçün vacibdir. Avropa ölkələrinə diqqət yetirsək görərik ki, onlarda da dövlət qurumları, özəl sektor, eyni zamanda, xidmət sahələri üzrə fərqli iş saatları tətbiq edilir. Buraya təhsil müəssisələri də daxildir. Azərbaycanda da buna bənzər praktikanın tətbiq edilməsi məqsədəuyğundur. Çünki bu, hər gün qarşılaşdığımız tıxacın, sıxlığın aradan qaldırılması baxımından çox vacibdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda demək olur ki, bu sistem effektli mexanizmdir. Bununla yanaşı, məsələnin həlli üçün digər tədbirlərin görülməsinə də ehtiyac var. Paralel aparıldığı zaman effektivlik qat-qat artacaq".

"İş yerləri təsnifatlaşdırılmalıdır"

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə düşünür ki, iş saatlarının dəyişdirilməsi üçün hərtərəfli monitorinqlər keçirilməli, iş yerləri təsnifatlaşdırılmalı, işçilərin sayca çox olduğu müəssisələr müəyyənləşdirilməli, onlarda iş rejimi müəyyən olunmalıdır:

"Bütün bu proseslərdən sonra işəgötürənlərlə razılaşdırılaraq iş rejimi müəyyən edilə bilər. Bu prosesin bəzi iş yerlərində bir saat tez, bəzisində bir saat gec həyata keçirilməklə tətbiqi mümkündür. Belə olan halda düşünürəm ki, tıxacları tənzimləmək mümkün olacaq".

S.Məmmədovun fikrincə, digər məsələlər də nəzarətə götürülərsə, nəticə daha ürəkaçan olacaq:

"Bu, kompleks tədbirlər çərçivəsində həyata keçirilməlidir ki, effektli olsun. Əsasən təhsil müəssisələrində mümkün tənzimləmələr olmalıdır. Təhsil müəssisələri ilə bağlı xüsusi konsepsiya var. Hansı ki, bununla bağlı müəyyən işlərin görülməsi nəzərdə tutulub. Amma tıxacı yaradan məktəblərdir. Bəzi məktəblərin qarşısında maşınların saxlanılması və sair kimi məsələlər vəziyyəti daha da çətinləşdirir. O səbəbdən, bu kimi digər məqamlar da nəzarətə götürülməlidir".

"Bəzi müəssisələr fərqli iş rejimi tətbiq edirlər"

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilovun sözlərinə görə, qanunda iş saatlarının 9:00-18:00 olması ilə bağlı heç bir tələb mövcud deyil:

"Qanunvericiliyin tələblərinə görə vətəndaş gündəlik səkkiz, həftəlik 40 saatdan çox olmayan iş rejimində çalışmalıdır. Amma bu saatların nə zaman olması bildirilmir. Düzdür, bəzi kiçik müəssisələr var ki, hazırda da fərqli iş rejimini tətbiq edirlər. Lakin onların da sayı çox az olduğundan, bu, pik saatlarda sıxlığın azalmasına təsir etmir".

N.Xəlilov yeni qaydaların necə tənzimlənəcəyinə də aydınlıq gətirdi:

"Məsələn, bəzi müəssisələrdə iş saatı 10:00-19:00 aralığındadır. Bəziləri 8:00-17:00 olaraq təyin edir. Əgər bu, digər yerlərə də aid edilsə, hər bir müəssisə üçün iş saatı müəəyənləşdiriləcək. Bu halda da işçilərin əmək müqavilələrinə müvafiq dəyişikliklər ediləcək. Bəzi müəssisələrdə, xüsusən də dövlət müəssisələrində iş saatları qrafiklə bölüşdürüləcək. Hər bir sahəyə aid peşələrin işə başlama və bitirmə saatları fərqli olacaq".

İstirahət günlərini də dəyişmək mümkündür

Ekspertin fikrincə, iş saatları dəyişdiyi zaman həftə sonu istirahət günlərini də dəyişmək mümkün ola bilər:

"Çünki bununla bağlı da qanunvericilikdə heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Bəzi müəssisələr fərqli istirahət günləri müəyyən edə bilər. Bu da şəhərin yükünün azalmasına fayda verəcək. İstirahət günlərinin dəyişməsi insanlar üçün də sərfəlidir. Elə insanlar var ki, həkimə getməli, yaxud hansısa qurumda işlərini həll etməlidirlər. Lakin işdən icazə almaları çətindir. Həftəsonu bir çox müəssisələr çalışmır, banklar işləmir, səhiyyə sahəsində də ixtisaslı həkimlər həmin günlərdə istirahətdə olur, yalnız növbətçi həkimlər fəaliyyət göstərirlər. Belə olan halda şəxs işini həll edə bilmir. Amma bu kimi dəyişikliklər insanlara işdən əlavə digər məsələlərini də həll etmək üçün şərait yaradacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Fevral 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see388

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see153

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see149

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see142

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see142

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see128

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see121

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see119

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see114

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see114

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see113

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri