Icma.az
close
up
RU
Küçələrə ad qoyan zaman əhalinin fikri nəzərə alınsa, hər ağızdan bir avaz gələcək Seyran Səxavət

Küçələrə ad qoyan zaman əhalinin fikri nəzərə alınsa, hər ağızdan bir avaz gələcək Seyran Səxavət

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi qanuna əsasən prospekt, küçə, meydan və s. ərazilərə ad qoyulan zaman həmin ərazinin əhalisinin rəyi nəzərə alınacaq.

Redaktor.az yeni qanunla bağlı paytaxt sakinlərinin fikrini öyrənib.

Bakı sakini Gülnar Məmmədli Hesab edir ki, sözügedən qanunu müsbət dəyərləndirir:

"Hər halda yaşadığımız küçəyə, yaxınlıqdakı hansısa meydana ad verəndə sakinlərin də fikri öyrənilməlidir. Bu mənada dövlət başçısının imzaladığı bu qanunun tərəfdarıyam".

İlqar Əliyev də hesab edir ki, ad məsələsində sakinlərin fikrinin öyrənilməsinə ehtiyac var:

"Əhalinin rəyi mütləq öyrənilməlidir. Bəzən elə küçə adlarına rast gəlirik ki, bu adın nə üçün qoyulduğunu başa düşmək olmur. Ona görə də ad məsələsində həmin küçədə yaşayanların da mövqeyini öyrənmək lazımdır". 

Mahir Rzayev isə bildirdi ki, bəzi küçələrə şəhidlərimizin adları verilsə yaxşı olardı:

"Məsələn, mənim fikrimi öyrənsələr, deyərdim ki, küçəmizə şəhidlərimizdən birinin adı verilsin. Şəhidlərimizin adı əbədiləşdirilməlidir, çünki onların qanı-canı bahasına torpaqlarımız düşməndən azad olub, vətənimiz bütövləşib".

Yazıçı Seyran Səxavət isə hesab edir ki, ad məsələsində əhalinin fikrinə ehtiyac yoxdur:

"Meydan, küçə, prospekt kimi ərazilərə ad qoyan zaman ərazidə yaşayanların heç bir fikrini nəzərə almaq lazım deyil. Kim istəyirlərsə, onun adını qoysunlar. Əgər əhalinin fikri nəzərə alınsa, hər ağızdan bir avaz gələcək. Prospekt, küçə, meydan və s. ərazilərə ad qoymaq üçün əhalinin fikri niyə nəzərə alınmalıdır?".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri