Icma.az
close
up
RU
Kukla teatrında kuklalar sərgisi

Kukla teatrında kuklalar sərgisi

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Dövlət Kukla Teatrında “Meksika kuklaları” adlı fotosərginin açılışı oldu.

Tədbirdə ölkəmizə akkreditə olunmuş bir sıra ölkələrin fövqəladə və səlahiyyətli səfirləri, səfirlik nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət və media nümayəndələrinin iştirak edirdilər.
Qonaqları salamlayan Meksikanın Azərbaycandakı səfiri xanım Viktoriya Romero layihəni iki ölkə arasında mədəni əlaqələrin inkişafı baxımından önəmli addım kimi dəyərləndirdi, sərginin yüksək səviyyədə təşkilinə dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Kukla Teatrı rəhbərliyinə təşəkkürünü bildirdi: “Biz hər zaman mədəniyyəti xalqları birləşdirən körpü hesab etmişik. Bu sərgi çox maraqlı və əhəmiyyətlidir. Bu günün əsas mövzusu Meksika kuklalarıdır. Hesab edirəm ki, uşaqlar üçün də çox maraqlı və öyrədici tədbirdir”.

Sərginin müəllifi, rəssam Aydın Sadıqov tədbirin ideyasının təqribən üç il əvvəl yarandığını və bu layihəyə də ilk dəstəyin həm də Kukla Teatrından gəldiyini dilə gətirdi: “Meksikadan əvvəl Çexiyanın kukla sənəti ilə maraqlanmışam. Meksikanın qədim tarixi və rəmzlərini bu kuklalar vasitəsilə təqdim etmək maraqlı təcrübədir. Burada döyüşçüləri, inancları və emosiyaları əks etdirən fiqurlar yer alıb. Onu da deyim ki, bundan əvvəl də Polşa kukla sənəti ilə bağlı məhz bu məkanda maraqlı bir sərgimiz baş tutdu”.
Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə dedi ki, kukla teatrı müxtəlif xalqların bədii nümunələri ilə yanaşı kukla sənəti incilərinin də zaman-zaman tamaşaçı qarşısına çıxarılmasına maraq göstərir: “93 illik tarixi yol keçən Azərbaycan Dövlət Kukla Teatrı milli ədəbi nümunələrimiz ilə yanaşı dünya xalqlarının bədii irsini də, ədəbi nümunələrini də teatrın, səhnənin özünəməxsus ifa üslubu ilə yetişən nəsillərə çatdırmağa çalışır.

Bu sərgi də bizim bu mənada marağımızı cəlb edən aksiyalardandır.

Qeyd olunduğu kimi, bundan öncə dost Polşa Respublikasının kukla sənəti ilə bağlı dolğun bir sərgiyə ev sahibliyi etdik.

Sənət, mədəniyyət, ümumiyyətlə incəsənətin bütün qolları xalqların, dövlətlərin mədəni mübadiləsində mühüm əhəmiyyətə malikdir”.

Milli Məclisin deputatı, Azərbaycan - Meksika parlamentlərarası işçi qrupunun rəhbəri Jalə Əliyeva sərginin ölkələrarası mədəni əməkdaşlığa xidmət etdiyini qeyd etdi, belə aksiyaların davamlı olmasını arzuladı: “Bu, Meksika səfirliyinin növbəti uğurlu layihəsidir. Belə təşəbbüslər hər iki ölkənin qədim incəsənətinin tanıdılmasına və münasibətlərin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Dövlət Kukla Teatrı isə öz missiyasına uyğun olaraq bu cür layihələri uğurla reallaşdırır və sözsüz ki, sənət ocağı olaraq balacaların teatr, böyük səhnə sənəti ilə ilkin təmasını ustalıqla təmin edir”.

Daha sonra Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə ilə Meksikanın Azərbaycandakı səfiri xanım Viktoriya Romero xatirə hədiyyələrini təqdim etdilər.

Tədbir çərçivəsində məktəblilər Meksika mədəniyyətinə uyğun rəqs nümunələri göstərdilər.
Sonra qonaqlar foto və kuklalardan ibarət rəngarəng sərgi ilə tanış oldular.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 May 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see268

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see244

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see235

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see233

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see226

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see208

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see201

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see197

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see189

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see186

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see185

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see181

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see177

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see172

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see166

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see165

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see158

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

03 Oktyabr 2026 00:46see158

Real Madrid onun üçün 200 milyon ödəyəcək?

03 Oktyabr 2026 00:00see156

Avropa münaqişələrə hazır deyil

02 Oktyabr 2026 23:35see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri