Küləkli hava ilə bağlı ikili xəbərdarlıq: Sarı və narıncı
Dogru.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milli Hidrometeorologiya Xidməti mayın 28-29-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verib.
Xidmətdən Doğru.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası, Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Füzuli, Naftalan, Goranboy, Mingəçevir, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Yevlax, Bərdə, Tərtər, Hacıqabul, Qobustan, Sabirabad, Salyan, Neftçala, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabad, Quba, Xızı və Siyəzəndə şərq küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.
Xaçmaz, Qusar və Şabranda da şərq küləyi əsəcək, küləyin sürəti isə saniyədə 20.8-28.4 metrədək güclənəcək.
DOĞRU.AZ
Baxış sayı:61
Bu xəbər 28 May 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















